• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Pirverdiyevə: Siz, sadəcə, utanmalısınız

İlham Əliyev Pirverdiyevə: Siz, sadəcə, utanmalısınız
05.07.2018 07:14

Bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir, yumşaq desək.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevölkənin enerji sektorunda baş verən hadisələrlə bağlı müşavirədə "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevə irad tutaraq bildirib.
Dövlət başçısı deyib ki, ölkənin kifayət qədər enerji gücü var.
"Təkcə 15 il ərzində 2500 meqavatt gücündə elektrik stansiyalar yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. 
Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz, sadəcə, utanmalısınız. Xalq qarşısında, ölkə qarşısında. 
İnsanlara bu qədər əziyyət vermisiniz. Metroda qocalar, qadınlar, uşaqlar, xəstələr, liftdə qalanlar...”
İlham Əliyev qeyd edib ki, hadisə nəticəsində ölkəyə böyük iqtisadi ziyan dəyib.
"Mən bu sahəyə bu qədər investisiya ayırmışam, dövlət investisiya proqramı sahəsində hər il böyük vəsait ayrılır, yeni elektrik stansiyaları tikilir. 
Son 15 il ərzində 30 stansiya tikilib. Elə sistem qurulmalı idi ki, ölkənin enerji sistemi çökməsin. 
Niyə bölgələrdəki elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səbəbləri haqqında danışmalısınız. Yoxsa havalar isti keçir, istehlak artır – bu məni qane edə bilməz”, - deyə dövlət başçısı vurğulayıb və qeyd edib ki, məsələni çox ciddi araşdırmaq lazımdır.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol