• $
  • €
  • ₽
  • ₺
  • £

Sinoptiklər küləkli hava vəd edirlər

Sinoptiklər küləkli hava vəd edirlər
05.07.2018 14:40
İyulun 6-da Bakıda və Abşeron yarımadasında  hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumatına görə,  havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 754 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

Nazirlik şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə ehtiyatlı olmağı tövsiyə edib.  

Azərbaycanın rayonlarında iyulun 6-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40,  dağlarda gecə 16-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, qeyd olunub ki, iyulun 6-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi ilə əlaqədar temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol