• $
  • €
  • ₽
  • ₺
  • £

Bu 9 dövlət orqanlarında vakansiyalar var

Bu 9 dövlət orqanlarında vakansiyalar var
05.07.2018 16:15
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 iyuldan 9 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

DİM-dən A24.Az-a verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələrdən 5-i A növü – inzibati rəhbər vəzifələr üzrə (Əmlak Məsələləri Dövlət Komitəsi – 3 vəzifə, İqtisadiyyat Nazirliyi – 2 vəzifə), 28-i isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Əmlak Məsələləri Dövlət Komitəsi üzrə – 16 vəzifə, Hesablama Palatası üzrə – 2 vəzifə, Dövlət Xəzinədarlığı Agentliyi üzrə – 1 vəzifə, Şabran Rayon Məhkəməsi üzrə – 2 vəzifə, Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə – 3 vəzifə, Təhsil Nazirliyi üzrə – 2 vəzifə, Cəbrayıl Rayon Məhkəməsi Məhkəməsi üzrə – 1 vəzifə və Kəlbəcər Rayon Məhkəməsi üzrə – 1 vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin rəisi, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində Strateji planlaşdırma və proqnazlaşdırma şöbəsində sektor müdiri, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların dövlət idarəetməsinin təşkili üzrə dövlət agentliyində şöbə müdirinin müavini, inzibati vəzifələrin 6-cı təsnifatına uyğun olan həmin Komitənin yanında Hərracların təşkili üzrə auksion mərkəzinin direktorunun müavini vəzifələridir.

Vətəndaşlar ümumi müsahibədə iştirak etmək üçün elektron qaydada qeydiyyatdan keçə bilərlər.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılıb. Artıq regionlarda yaşayan vətəndaşlar sənəd qəbulu üçün Bakıya gəlmələrinə də ehtiyac olmayacaq.

Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsilləri Mərkəzə təqdim edilməlidir.

Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 5 iyuldan 5 avqust saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol