• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsu” bu axşam su veriləcək ərazilərin adını açıqladı

“Azərsu” bu axşam su veriləcək ərazilərin adını açıqladı
05.07.2018 19:50
Bakıda iyulun 5-i axşam saatlarından Bakının su ala bilməyən əksər hissəsinə su veriləcək.
Anews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, əhalinin fasiləsiz su ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir: "Ötən günlər su olmayan ərazilərin böyük bir hissəsi içməli su ilə təmin edilib, ancaq problemli ərazilər hələ də var. Su anbarlarındakı su ehtiyatları yığılmaqda davam edir. Ötən axşam da anbarlar doldurulub və əhalinin böyük bir hissəsinə su verilib. Sadəcə su ehtiyatı kifayət qədər olmadığından bəzi ərazilər su ilə təmin olunmayıb. Artıq anbar ehtiyatımızın 70-75 faizi yığılıb. Amma yenə də çatışmazlıq var. Bu gün axşam, ən uzağı sabah Bakıya su əvvəlki rejimlə veriləcək. Köhnə Günəşli və Yeni Günəşli qəsəbələrinin bəzi yerlərində su problemi var idi. Bu gün Mehmandarov, Şıxlinski, İnqlab İsmayılov küçələrinin su ilə təmin olunması üçün anbarlara su vurulub. Yaxın dəqiqələrdə həmin ərazilərə su veriləcək. Zabrat qəsəbəsinin bir hissəsi su ilə təmin olunsa da, bir hissəsi qalmışdı. Bu gün axşam saatlarında həmin əraziyə də su veriləcək. Bu gün Aeroport yolunun kənarında olan Samir Əliyev küçəsinə su vermişik”.
A.Cəbrayıllı bildirib ki, bu gün Zabrat qəsəbəsinin bir hissəsinə, Saray qəsəbəsinin bir hisasəsinə, Hövsanın qəsəbə ərazisinə su verilib, ancaq kənd Hövsan ərazisi su ilə təmin edilməyib. Onun sözlərinə görə, axşam saatlarında kənd Hövsan da su ilə təmin olunacaq: "Suraxanının Qum adası, Zığ qəsəbəsində də problemlər var. Həmin ərazini bu gün su ilə təmin etməyə çalışacağıq. Zabrat, Sabunçu, Əmircan, Bülbülə və Saray qəsəbəsinin də qalan hissəsi su ilə təmin olunacaq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol