• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkillik sahəsində islahatlar davam etdirilir

Vəkillik sahəsində islahatlar davam etdirilir
06.07.2018 14:00
Məlum olduğu kimi, "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikasının regionlarında vəkil qurumlarının fəaliyyətinin təmin olunması, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən tədbirlər planı hazırlanmış, zəruri hesab olunam işlər görülmüş və hazırda da bu işlər davam etdirilməkdədir.

Azərbaycan Respublikasının regionlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, hüquqi yardıma çatımlılığın həyata keçirilməsi, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də yeni vəkil qurumlarının təsis edilməsi istiqamətində bir sıra tədbirlər görülməkdədir.

Bundan başqa, ötən aylar ərzində Bakı və Xırdalan şəhərlərində 4 yeni vəkil qurumu – Bakı şəhəri 18 saylı Vəkil Bürosu, "BHM və partnyorları” vəkil bürosu, "Ədalət” vəkil bürosu və Xırdalan şəhər Vəkil Bürosu fəaliyyətə başlamış, eləcə də fəaliyyət göstərməkdə olan 13 vəkil qurumunun nizamnamələrində müvafiq dəyişikliklər edilərək, "hüquq məsələhətxanası” adı "vəkil bürosu” adı ilə əvəz olunub.

Bu tədbirlərin davamı olaraq, ötən günlərdə ölkəmizin iki bölgəsi – Mingəçevir şəhəri və Ağcabədi rayonunda yeni vəkil qurumları fəaliyyətə başlamışdır. Qeyd olunan vəkil qurumları artıq tam həcmdə və yüksək keyfiyyətli hüquqi yardım göstərmək üçün həmin regionlarda yaşayan vətəndaşlarımızın xidmətinə verilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol