• $
  • €
  • ₽
  • ₺
  • £

“Elmar Vəliyevlə hələ danışa bilməmişəm” - İcra başçısının 28 illik dostu

“Elmar Vəliyevlə hələ danışa bilməmişəm” - İcra başçısının 28 illik dostu
06.07.2018 13:02
"Mən Elmar Vəliyevə şəfa diləyirəm. O ailəni çox gözəl tanıyıram. Vəliyevlər ailəsi, bütün qardaşlar vətəninə, xalqına bağlı olan şəxslərdir, ən çətin günlərdə, ən çətin anlarda Vətən uğrunda mübarizə aparıblar, ön cəbhədə olub, əsgərlərə yardım ediblər. Özü də onlar hamısı hərbi rütbə daşıyan insanlardır”.

AZXEBER.COM xəbər verir ki, YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu fikirləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə bağlı Musavat.com-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, hakim partiyanın qurulmasında E.Vəliyev yaxından iştirak edib: "Mənim yaxşı yadımdadır ki, Elmar Vəliyevlə o zonada YAP-ın yaradılması işində birlikdə fəaliyyət göstərmişik. Yəni hər şeyin tarixi var, bu məsələlər yeni ortaya çıxmayıb. Böyük qardaşları hələ Şəmkirdə işlədiyi dövrdə, ən çətin vaxtlarda, hansı ki, heç nə çatışmırdı, öz şəxsi, ailə büdcələrindən hərbiyə yardımlar edib. Həmçinin digər qardaşlar da eləcə... Elmar Vəliyevin özü Yevlax gömrüyünün rəisi idi. O dövrdə mütəmadi olaraq Tərtərdən başlamış, Bərdəyə qədər cəbhə bölgələrinə gedirdi.  O zaman yaralıların müalicəsində, ən əsası dövlətçiliyin qorunub-saxlanmasında çox böyük işlər görüb. Həmçinin bu ailə nəsillikcə dövlət çevrilişinin həmin bölgədə qarşısının alınmasında aktiv olub”.

E.Vəliyevin kimlərisə təhqir etməsi barədə səslənən fikirlərə gəldikdə, S.Novruzov bunu təkzib etdi: "Mən neçə illərdir onu tanıyıram, biz uzun müddətdir, 28 ilə yaxındır dostuq. Bu vaxta qədər o adam kimisə təhqir etməyib və kiminləsə təhqirlə danışmayıb. Əksinə, kasıba, kimsəsizə, zəhmətkeş insanlara həmişə əl tutub, kömək edib”.

YAP funksioneri deyib ki, icra başçısı ilə hələ danışa bilməyib: "Əlaqə saxlamağa çalışmışam. İndi bilirsiniz də, vəziyyət elədir ki...Hələ özü ilə danışa bilməmişəm”.
 
E.Vəliyevin vəziyyətinin necə olduğunu, yaxud harada müalicə olunduğunu soruşduqda, S.Novruzov bildirdi ki, bu haqda bir söz deyə bilməz.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol