• $
  • €
  • ₽
  • ₺
  • £

Yunis Səfərovdan qəhrəman düzəldən şəxslər məsuliyyətə cəlb oluna bilərmi? – Deputatdan açıqlama

Yunis Səfərovdan qəhrəman düzəldən şəxslər məsuliyyətə cəlb oluna bilərmi? – Deputatdan açıqlama
09.07.2018 19:19
Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı Yunis Səfərovun sui-qəsd planlaması və həyata keçirtməsi sosial mediada ciddi müzakirə olundu və bu hadisənin fonunda isə ölkəmizə qarşı bəzi gizli qüvvələr hərəkətlənməyə başladı.
Belə ki, bəzi qüvvələr hakimiyyət nümayəndəsinə silah qaldıran, eləcə də digər bir şəxsi yaralayaraq ağır cinayət törədən şəxsi qəhrəmana çevirərək onu cəmiyyətimizdə "örnək” etmək niyyətindədilər. Eyni zamanda cinayət törədən şəxsi qəhrəmana çevirməklə ölkədə asayişi pozmağa, radikal addımlar atmağa, itaətsizliyə təhrik edən, sövq edən insanlara da rast gəldik.
Belə çağırışlar edən şəxslər məsuliyyətə cəlb ediləcəkmi? Onları hüquqi məsuliyyət gözləyirmi? Hüquq mühafizə orqanları həmin şəxslərlə bağlı ölçü götürəcəkmi?
Bununla bağlı Bizimyol.info-un suallarını cavablandıran Azərbaycan Respublikası Milli Məclisinin vəkili, hüquqşünas Çingiz Qənizadə həmin şəxslərin hüquq mühafizə orqanları tərəfindən aşkarlanaraq məsuliyyətə cəlb ediləcəyini və bu cür çağırışların hüquqi məsuliyyət törətdiyini bildirib:
"Yunis Səfərov Azərbaycan hakimiyyət nümayəndəsinə qarşı silah işlədərək sui-qəsd törədib. Hesab edirəm ki, bu əməl ciddi pislənməlidir. Əgər bu cinayət əməlininin digər iştirakçıları da varsa onlar da araşdırılaraq məsuliyyətə cəlb edilməlidir. Mən ümid edirəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu cinayəti obyektiv araşdıraraq cinayət iştirakçısı olan hər kəsin qanun qarşısında cavab verməsini təmin edəcəkdir.
Azərbaycan bu gün Yaxın Şərqdə ən stabil ölkələrdən biridir. Hətta bu gün Avropa ölkələrində də bəzən terror, silahlı basqın hadisələrinə rast gəlirik amma Azərbaycan regionun ən sabit ölkələrindəndir. Mən arzu edirəm ki, bu sabitliyi Tanrı Azərbaycan xalqına çox görməsin. Bütün bunların fonunda isə təəssüf hissi ilə qeyd etmək istərdim ki, siyasi sabitliyi pozmaq istəyən insanlar da var. Onlar müəyyən çağırışlar edirlər, itaətsizlik edirlər, itaətsizliyə çağırış edirlər ki, bu da birmənalı olaraq yolverilməzdir.
Qanunla da ölkədə ictimai-siyasi sabitliyi pozmağa edilən hərhansısa çağırış qanunla qadağandır və bu hüquqi məsuliyyət yaradan haldır. Belə bir çağırış edən hər bir kəs, hər bir KİV, hər bir təşkilat birbaşa məsuliyyət daşıyırlar. Şübhəsiz ki, hüquq mühafizə orqanları həmin çağırışlar edən şəxsləri, itaətsizliyə səsləyən, radikal addımlar atmağa səsləyən insanları aşkarlayacaq və onları məsuliyyətə cəlb edəcəklər. Bu inzibati məsuliyyət də ola bilər, cinayət məsuliyyəti də ola bilər. Bunlar isə çağırışların mahiyyətindən asılı olaraq dəyişir
Azərbaycanın hüquq mühafizə orqanları kifayət qədər peşəkardılar və ən son texniki avadanlıqlarla təchiz ediliblər. Hesab edirəm ki, onlar həmin çağırışda bulunan insanları aşkarlayacaq və onları da məsuliyyətə cəlb edəcəklər. Eyni zamanda bir gün öncə Ələkrəm Hümmətov da xaricdə Yunis Səfərovu el qəhrəmanı elan edərək, onun hüquqlarının müdafiəsi komitəsi yaradıb. Qeyd edim ki, Yunis Səfərovun prosessual hüquqları onun vəkili tərəfindən və dövlətimiz tərəfindən qorunur, burada onun pozulan heç bir hüquqlarından söhbət belə gedə bilməz. Ələkrəm Hümmətovun isə ümumiyyətlə Azərbaycana heç bir aidiyyəti yoxdur. Cinayət hadisəsi törətmiş bir insandan qəhrəman düzəltmək, bundan istifadə edərək hərhansısa bir çağırışlar etmək yolverilməzdir və ölkəmizdəki stabilliyi heç kim, heç bir halda poza bilməyəcək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol