• $
  • €
  • ₽
  • ₺
  • £

Tənha qalmaq nə üçün vacibdir?

Tənha qalmaq nə üçün vacibdir?
19.11.2014 22:26

Səssizlik və tənhalıq anlayışları yox olmaqdadır. Texnologiya həyatımıza elə daxil olub ki, insanlar tək qalmağı, dincəlməyi unudublar sanki.

Smartfon istifadəçilərinin hər 6.5 dəqiqədən bir telefona baxdıqları faktdır. Bu da gün ərzində təxminən 150 dəfə edir. Səssizliyin yerini bir uğultu, tək qalmaq lüksumuzu isə sosial media ilə əvəz etmişik.

Amma tək qalmağın, sakit bir yerdə dincəlməyin faydaları çoxdur.  ANN.Az Kulis.az-a istinadən tək qalmağın 10 faydasını təqdim edir.1. Ruhən tükənməyimizin qarşısını alırMüasir dövrdə bir insanın dəyərini onun məhsuldarlığı ilə ölçürlər. Toplum bizə tək qalmağa imkan vermir. İnsanın tək qalıb özünə vaxt ayıra bilməsi onun “məhsuldarlıq” məcburiyyətindən bir balaca uzaqlaşmasına kömək edir. Heç nə etməmək əslində bir çox yaxşı şeyləri reallaşdırmağa stimul yaradır. “Promega” adlı bir şirkət işçilərinin təbii gün işığında rahatlanıb, fasilələr zamanı meditasiya ilə məşğul ola biləcəyi xüsusi yerlər ayırıb. Bu tətbiq olunduqdan sonra işçilərin səhhətinin müsbətə doğru getdiyi və məhsuldarlığının artdığı bəlli olub.2. Duyğu üzvlərimiz kəskinləşirÇox adam üçün 10 gün ərzində sakit qalmaqla suda gəzmək arasında fərq yoxdur. Vipassana Səssizlik İnstitutu da bu işlə məşğuldur. Bura qatılanlar on gün ərzində oxumaqdan, danışmaqdan və göz təmasından uzaq dururlar. 100-ə yaxın elm adamı araşdırma məqsədi ilə sakit qalmaq meditasiyasını həyata keçirib və danışmaq funksiyasını istifadə etməməyin digər duyğu orqanlarının işinin yaxşılaşmasına gətirib çıxardığını sübut ediblər.3. İndiyə konsentrasiya olmaqBritaniyalı filosof Alan Vats yazır ki, gərginliyimizin və narahatlıqlarımızın səbəbi illüziya olan gələcəkdə “yaşayıb” indiki zamanda qopuq şəkildə varlığımızı davam etdirməyimizdir. Yəni fikrimiz həmişə gələcəkdədir. Anı yaşaya bilmirik. Səssiz qalmaq diqqətimizi real xoşbəxtlik olan indiki zamana cəmləməyə kömək edir. İndinin bizə verə biləcəklərinin yanında gələcəyin bizə təqdim edə biləcəyi şeylər çox balacadır. Səssizlik və tənha qalmağımız bizi saxta xoşbəxtlik hissindən xilas edib real həyata qaytarır.4. Yaddaşı gücləndirməyə kömək edir.Təbiət qoynunda sakitcə gəzmək beynimizdə “hippocamus” deyilən hissənin böyüməyinə gətirib çıxarır və beləcə yaddaş gücümüz artır.5. Qərar qəbul etmə və onları reallaşdırma qabiliyyətimizi gücləndirirPsixoloq Kell Mcgonigal qeyd edir ki, səssizlik zamanı beynimiz daha ağıllı qərarlar verir. Və onları reallaşdırmaq üçün motivasiya olmağımızı təmin edir.

6. Kim olduğumuzu bir daha xatırladır

Özümüz kimi davranmağımıza, içimizdən gələn qərarları qəbul etməyimizə kömək edir tək qalmaq. Bizə daim kənar səslər müdaxilə edir, öz içimizdən gələn səsi eşidə bilmirik. Sükut – bizə öz düşüncələrimizi eşitməyə kömək edir. İnsan iradəsi düşüncəsiz hərəkətlərin boyunduruğundan xilas olanda möhkəmlənir.

7. Beynimizi inkişaf etdirirBeyin ən qarışıq və ən güclü orqanımızdır, əzələlərimiz kimi, onun da dincəlməyə ehtiyacı var. Araşdırmalara görə özümüzə qulaq asıb sakitləşdiyimiz anlarda beynimizin informasiya sürəti artır və qırışlar güclənir. 8. Daha yaradıcı olmağımıza gətirib çıxarırYaradıcı prosesdə bir “tormozlanma” anı olur. Bu andan xilas olmaq üçün tamamilə sakitlik və tənhalıq lazım olur. Bu zaman beyin daha güclü işləyir və Arximedin “evrika”sına gətirib çıxarır. Mütəxəssislər deyir ki, tək qalıb xəyallar qurmaq yaradıcı ideyalar istehsal etməyin ən yaxşı yollarından biridir.9. Sıxıntılarımızla mübarizə aparmağımıza kömək edirSəssiz bir yer tapdınız, tək oturub bir az rahatlanmaq istəyirsiniz, birdən haranızsa qaşınır. Amma bir çox meditasiya müəllimləri deyir ki, özünüzü saxlasanız, dərin nəfəs alıb diqqətinizi cəmləsəniz qaşıntı keçəcək. Yəni beyninizi yoran problemlərdən də bu yolla qurtulmaq mümkündür.10. Mənəvi çətinliklərdən xilas edirÖzünümüdafiə mexanizmi sadəcə fiziki çətinliklərdən deyil, hissi çətinliklərdən də qaçmağımızı təmin edir. Ancaq neqativ düşüncələri içimizə atmaq onların stress, gərginlik və yuxusuzluq olaraq geriyə qayıtmasına gətirib çıxarır. Bu neqativ vəziyyətdən xilas olmağın yollarından biri, sakit yerdə oturub öz-özümüzə nəyin bu pis vəziyyətə təkan vermiş ola biləcəyini düşünməyimizdir.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol