• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda heyvanı maşına bağlayıb aparan sürücü cərimələnib

Bakıda heyvanı maşına bağlayıb aparan sürücü cərimələnib
10.07.2018 17:49
Sosial şəbəkədə şəhərdə iribuynuzlu heyvanın xırda tutumlu yük maşınının arxasına bağlanaraq sürüdülməsi ilə bağlı yayılan videoyla əlaqədar araşdırma aparılıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən hadisə ilə bağlı artıq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 10-LO-913 dövlət nömrə nişanlı "Qazel” markalı maşının sürücüsü barəsində qanunamüvafiq tədbir görülüb.
 
"Belə ki, o İnzibati Xətalar Məcəlləsinin 290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə edilib. Qanuna müvafiq qaydada inzibati işə bir qurum tərəfindən baxılıb qərar çıxarıla bilər, bu halda isə qanun pozucusu barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati tədbir görülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə (Heyvanlarla rəhmsiz rəftar edilməsi) əsasən cərimə oluna bilər. Vətəndaşları istər vəhşi heyvanlarla, istərsə də ev heyvanlarıyla qanunvericiliyin tələblərinə uyğun davranmağa, onlarla mərhəmətli olmağa və zorakılığa yol verməməyə çağırırıq”, - deyə Nazirliyin məlumatında deyilir.  

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol