• $
  • €
  • ₽
  • ₺
  • £

“İstək” liseyinin şagirdləri köçürülür

“İstək” liseyinin şagirdləri köçürülür
11.07.2018 16:00
Təsisçisinin 5 iyul 2018-ci il tarixli qərarı ilə fəaliyyəti dayandırılan "İstək” liseyinin şagirdlərinin ölkənin digər ümumi təhsil müəssisələrində yerləşdirilməsi prosesinə Təhsil Nazirliyində yaradılmış İşçi qrup tərəfindən start verilib.

"Qafqazinfo” xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 9 iyul tarixindən etibarən şagirdlərin valideynlərinin Bakı şəhərində Akademik Zərifə Əliyeva adına lisey, bölgələrdə isə liseyin yerləşdiyi şəhər və rayonların (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Quba, Ağdaş və Şəki) təhsil şöbələrinə yaxınlaşaraq övladlarının sənədlərini təhvil alması və övladlarını seçimlərinə əsasən digər məktəblərdə yerləşdirmələri üçün şərait yaradılıb. Artıq "İstək” liseyinin 300-ə yaxın şagirdinin yerləşdirilməsi ilə bağlı prosedurlar həyata keçirilib.

Digər valideynlər əmin ola bilər ki, Təhsil Nazirliyi bütün şagirdlərin digər məktəblərdə təhsil alması üçün lazımi şəraiti yaradacaq. Valideynlər övladlarının digər məktəblərdə yerləşdirilməsi ilə bağlı çətinlikləri olduğu təqdirdə birbaşa olaraq Təhsil Nazirliyi ilə (0125991155, daxili nömrə 5263) əlaqə saxlaya bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol