• $
  • €
  • ₽
  • ₺
  • £

Bu da Adnan Oktarın dodaq uçuqladan sərvəti - Lüks avtomobillər, padşahları qısqandıracaq saray ... - FOTOLAR

Bu da Adnan Oktarın dodaq uçuqladan sərvəti - Lüks avtomobillər, padşahları qısqandıracaq saray ... - FOTOLAR
11.07.2018 21:46
Bu səhər İstanbulun 5 rayonunda təşkil edilən əməliyyat zamanı 235 tərəfdaşı ilə saxlanılan Adnan Oktarın əmlakı müsadirə olunub.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, Adnan Oktarın İstanbuldakı ev və iş yerlərində axtarışlar davam edir. Axtarış zamanı bəzi sənədlər ələ keçib. Bununla da polis Oktarın dəyəri milyardlarla ölçülən Osmanlı padşahlarını qısqandıracaq həyatını gün üzünə çıxarıb.
Bu da "ilahiyyatçı"nın lüks həyatı:
Şantaj dəstəsinə rəhbərlik etməkdə təqsirləndirilən Adnan "Cartier" firmasına məxsus saat taxır. "Lacoste", "Beymen" və "Vakko"dan geyinir, köynəkləri "Armani" və "Ferre" firmasından seçir, "Cherookee" və "Mercedes" avtomobillərə minir. Adnan İstanbulun şimalındakı Kandillidə 180 dərəcə Boğaz mənzərəli 30 hektar meşəlik ərazidə tikilmiş bir sarayda yaşayırdı. Evinə getmək üçün 750 metrlik özəl bir yoldan keçilir. Yol boyunca uzanan ağacların və dirəklərin üzərində 50-yə yaxın təhlükəsizlik kamerası var. Yolda 250 metr arayla, 4 ayrı dəmir qapı mövcuddur. Bu özəl yol bitdikdən sonra 100 metrlik parket döşənmiş bir başqa yol başlayır. Yolun sonunda Adnanın evi var. Qapısı poladdan. Osmanlı tərzindəki qapının üzərində ərəbcə yazılar var. Ev antik tipdədir. İçəridə çoxlu heykəllər var. Divan-kreslo, tol-stullar qızıl örtüklərdən ibarətdir, yer mərmər. 
Yaz aylarını istanbulun Silivri rayonundakı malikanəsində partilər keçirirdi. Qızıldan işlənmiş mebelləri sevir. Adnan işsizdir. Bəs bu dəyirmanın suyu haradan gəlir?

Adnanın Silivridəki Pembeköşk adlı malikanəsi 40 hektarlıq bir ərazini əhatə edir. 
Girişi əl ilə işlənilmiş bir taxta qapıdan olan həyətin sağında və solunda 2-si Doberman olmaqla 4 it var. Adnan Oktarın bu şüşədən olan villası iki mərtəbəlidir. Villanın arxasında biri böyük olmaqla 2 süni göl, atların qaçdığı bir sahə, üzmə hovuzu, heykəllər, fəvvarələr, müxtəlif ölçüdə çardaqlar, padşah taxtlarını xatırladan əl işi ilə hazırlanmış kreslolar var.
Qarajda iki ədəd "Grand Cherokee Jeep", bir "Mercedes", "Kartal" və "Siena" markalı avtomobillər var.

















www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol