• $
  • €
  • ₽
  • ₺
  • £

Əməkdar artistə ağır itki

Əməkdar artistə ağır itki
12.07.2018 11:36
Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayevin həyat yoldaşı Nina Abdullayeva dünyasını dəyişib.

Teatrdan APA-ya verilən məlumata görə, Nina Abdullayeva uzun sürən xəstəlikdən sonra iyulun 12-də vəfat edib.

Qeyd edək ki, Nina Abdullayeva (Berberova) "Şir evdən getdi”, "İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri”, "Oğlan, qız və şir”və s. filmlərdə çəkilən "Kinq” adlı şirin sahibi olub.

80-ci illərdə evlərində şir saxlayan Berberovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhur olub. Ailə haqqında bir neçə sənədli film də çəkilib.

Bakı zooparkından Nina Berberovanın qızı Yeva Berberovanın istəyi ilə evə gətirilən heyvan böyüdükdən sonra təhlükə törətmədiyi üçün tezliklə kinolarda da yer almağa başlayır.

"İtalyanların qeyri-adi sərgüzəştləri” filminin çəkilişləri zamanı tələbə Valentin Markova hücum etdiyi üçün milislər güllə ilə "Kinqi” öldürürlər. Filmin xaricdəki prokatından sonra Kinq dünya şöhrəti qazanır.

Uşaqlarının istəyi ilə Nina Berberova ailəyə ikinci şir balasını gətirir və ona "Kinq II” adı verir. 1978-ci ildə həyat yoldaşını itirən Nina Berberova iki il sonra növbəti faciə ilə üzləşir. 1980-ci il noyabrın 24-də "Kinq II” Nina Berberovaya ağır xəsarətlər yetirir, oğlu 14 yaşlı Romanı isə parçalayıb öldürür. Başından aldığı xəsarətlərdən Nina Berberova uzun illər xəstə yatıb. Bir müddət sonra dostu, aktyor Kazım Abdullayevlə ailə həyatı quran Nina Berberova iki övlad dünyaya gətirib.

Aldığı xəsarətlərə görə 1980-ci ildən ömrünün axırına qədər həkim nəzarətində olub.

Mərhumla vida mərasimi bu gün 14:00-da T. Əliyarbəyov küçəsi, ev 27-də keçiriləcək. Nina Abdullayeva "Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol