• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya AVRO 6 standartına uyğun avtobuslar gətirilir

Bakıya AVRO 6 standartına uyğun avtobuslar gətirilir
13.07.2018 11:32
İyulun 12-də "SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən "Xaliq Faiqoğlu” şirkəti ilə nüfuzlu beynəlxalq maliyyə institutlarından biri olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş çərçivəsində ayrılan maliyyə vəsaiti hesabına şirkət tərəfindən yaxın zamanda Bakı şəhərinə yeni 70 ədəd AVRO 6 emissiya standartına cavab verən, alçaq platformalı avtobuslar gətiriləcək.

"Qafqazinfo” xəbər verir ki, imzalanma mərasimində çıxış edən "SAFA Holding” şirkətlər qrupunun təsisçisi Faiq Seyidov bildirib ki, bu layihə 15 illik gərgin əməyin bəhrəsidi. "AYİB kimi nüfuzlu beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayan ilk özəl sərnişindaşıma şirkəti olduğumuz üçün qürur hissi keçirirəm və əminəm ki, bu əməkdaşlıq ictimai nəqliyyat sahəsində həyata keçirilən islahatlara öz böyük töhfəsini verəcək” deyə F.Seyidov qeyd edib.
"Son 15 ildir ölkədə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən, güclü iqtisadiyyata sahib olan ölkəyə çevrilib və ölkədəki siyasi sabitlik, iqtisadi inkişaf və biznes mühitinin yaxşılaşması xarici investorların və beynəlxalq maliyyə qurumlarının Azərbaycana olan marağını daha da artırıb. Bu gün özəl sektora olan dövlət dəstəyi, sahibkarlığın inkişafına yaradılan münbit şərait, xüsusilə cənab Prezidentin sahibkarlara olan diqqət və qayğısı bizim üçün həm böyük məsuliyyətdir, həm də yeni layihələrin reallaşdırılması üçün güc mənbəyidi. Biz ölkəmizdə sahibkarlığın inkişafına yaradılan şəraitə və ən əsası hər zaman dövlətin bizə olan dəstəyinə güvənərək yeni layihələr reallaşdırırıq” deyə F.Seyidov bildirib.

"Bilirsiniz ki, "Xaliq Faiqoğlu” şirkətinin qarşıya qoyduğu əsas məqsəd vətəndaşlara müasir və təhlükəsiz sərnişindaşıma xidməti göstərməkdi. Biz Bakı şəhərində şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkil edilməsi məqsədilə həyata keçirilən islahatlarda özəl şirkət olaraq aktiv iştirak edirik. AYİB-lə əməkdaşlıq çərçivəsində Bakı şəhərinə 70 ədəd yeni, müasir və komfortlu avtobuslar gətiriləcəkdir ki, bu 200-ə yaxın yeni iş yerinin açılmasına və ən əsası paytaxt sakinləri və qonaqların komfortlu sərnişindaşıma xidmətindən istifadəsinə zəmin yaradacaq” deyə F.Seyidov bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol