• $
  • €
  • ₽
  • ₺
  • £

“İcra başçıları insanları aşağıda görürlər” - Millət vəkili

“İcra başçıları insanları aşağıda görürlər” - Millət vəkili
14.07.2018 09:43
"Məmur-vətəndaş münasibətləri çox ciddi məsələdir və hazırda bu problem var. Deməzdim ki, bu problem yalnız Gəncədədir. Bir çox regionlarda bu problem var”,  bunu millət vəkili Vahid Əhmədov "Yeni Müsavat”a müsahibəsində deyib.
 
O, bildirib ki, çox təəssüflər olsun ki, icra başçılarının əksəriyyəti  məmur-vətəndaş münasibətlərində çox ciddi problemlər yaradırlar: "Onlar özlərini vətəndaşdan yuxarıda hissi edirlər, insanları aşağıda görürlər, bu, qəbuledilməzdir! Hesab edirəm ki, Gəncədə baş verən hadisələr zamanı ağsaqqallar da öz sözlərini deməliydilər, çıxıb əhali ilə danışmalıydılar. Heç bir günahı olmayan iki polisin öldürülməsi qəbuledilməzdir. Onların ana-bacıları, balaları niyə gözüyaşlı qalmalıydı? Onların bu məsələlərdə heç bir günahı yoxdur.

Ümumiyyətlə, bu silsilə xarakterli hadisələrin hamısı idarə olunan hadisələrdir. Bunların hamısını araşdırmaq, lazım gələrsə, müdaxilə edən hansısa bir dövlətə nota da vermək lazımdır ki, Azərbaycanın müstəqilliyinə xələl gətirən hadisələrə yol verilməsin! Mən baş verənləri adi hadisələr saymıram”. 

Millət vəkili elektrik böhranı ilə bağlı da danışıb: "İlham Əliyev prezident seçildiyi 2003-cü ildən bəri bu sistemə külli miqdarda vəsait xərcləmişik. Həmçinin 30-dan çox elektrik stansiyaları tikilib, istifadəyə verilib. Əvvəllər işıqla əlaqədar rayonlarda, elə paytaxtımızda çox ciddi problemlər var idi. Amma son hadisələrə qədər elə ciddi problem yox idi. Birincisi, o vəsaitin xərclənməsinin hamısını Etibar Pirverdiyevlə bağlamaq olmaz. Buna məsul olan digər qurumlar da var. Azərbaycan hökuməti, Nazirlər Kabineti, bu qurumda həmin sahəyə məsul şəxslər, şöbələr var, həmçinin baş nazirin müavini var.
 
Mingəçevir İES həmişə nəzarətdə olub. Mən baş nazirin birinci müavini olanda mütəmadi şəkildə ora getmişik, baxmışıq, müəyyən işlər görülüb. Görünür, son vaxtlar bu məsələ nəzarətdən yayınıb. Ona görə də araşdırmanı ciddi aparmaq lazımdır. Azərbaycanda xüsusi nazirlik yaradılıb, Energetika Nazirliyi, o nazirlik nə ilə məşğul olur? Orada xüsusi şöbələr, nəzarət orqanları var. Bunlar araşdırılmalıdır ki, günahkarların kimliyi barədə əhaliyə məlumat verilsin”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol