• $
  • €
  • ₽
  • ₺
  • £

Yunis Səfərovla bağlı yeni məlumatlar üzə çıxdı – VİDEO

Yunis Səfərovla bağlı yeni məlumatlar üzə çıxdı – VİDEO
16.07.2018 10:04
Dövlət Təhlükəsizlik Xidməti Gəncə şəhər icra hakimiyyətinin başçısına sui-qəsd törətmiş Yunis Səfərovla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş şəxsləri saxlayıb. Yunis Səfərovun İranda yaşayan Tohid İbrahimbəyli tərəfindən Suriyaya göndərildiyi müəyyən edilib.

Anews.az Xəzət TV-yə istinadən xəbər verir ki, bu arada Gəncə hadisələləri ilə bağlı daha 7 nəfər həbs edilib.

Gəncə şəhəri İcra Hakimiyyətin başçısına sui-qəsd törətmiş Yunis Səfərovla Suriyada döyüşlərdə iştirak etmiş şəxslər saxlanılıb

Yunis Səfərovun əvvəllər hazırda İran ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib.

Mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus "nur-az.com" internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.

Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib.

İstintaq zamanı Taleh Göyüşov və Tohid İbrahimbəylinin yaxın qohumları Həbib İbrahimli , Pərviz Musayev , Elmir Ziyadovun Yunis Səfərovla birgə İranın Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.Qeyd edilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

Bununla yanaşı gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov samir ramiz oğlu həbs edilib.Huquq mühafizə orqanlarından verilən məlumata görə ümumilikdə 22 nəfər həbs edilib. Bir nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.Eyni zamanda, iyulun 3-də gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib. 8 nəfər barəsində isə axtarış elan olunub.Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol