• $
  • €
  • ₽
  • ₺
  • £

Mirzə Babayevə "xalq artisti" fəxri adını kim verdirib?

Mirzə Babayevə "xalq artisti" fəxri adını kim verdirib?
16.07.2018 16:31
Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan.
Arif olan nakam getməz,
Bu dünyadan, bu dünyadan…

Bir sənətkar gəldi bu dünyaya, bu həyatı doya-doya yaşadı, sevə-sevə oxudu, insanların ruhunu öz əsrarəngiz səsi ilə oxşadı… Və günlərin bir günü köçünü çəkib getdi bu dünyadan…

Söhbət unikal səs tembri və ifa mədəniyyəti ilə yaddaşlara həkk olunan Mirzə Babayevdən gedir. Bu gün böyük sənətkarın doğum günüdür. Sağ olsaydı, xarakterinə uyğun haylı-küylü bir məclis düzənləyib, hamını o məclisə yığacaqdı. Xəlvəti gözəllərə göz vurub şirin-şirin zarafatlaşacaqdı. Ən gözəl hitlərini oxuyacaqdı. Ən gözəl deyəndə ki, onun oxuduğu hər bir mahnı gözəl idi və elə sağlığında da hitə çevrilmişdi.

Xalq artisti, sənət dostu, tanınmış bəstəkar Oqtay Rəcəbov Mirzə Babayevlə bağlı xatirələrini Yenicag.az-a bölüşüb. O, sənətkarla bağlı maraqlı faktlar açıqlayıb:

"Mirzə Babayev sözü üzə deyən insan idi, hətta qarşı tərəfin inciyəcəyini belə gözə almırdı. Bir dəfə xalq artistlərindən biri mahnı oxudu, sonra Mirzə Babayevin yanına gəlib soruşdu ki, necə oxudum? O da qayıtdı ki, sən oxumadın e, qışqırdın. Başqa bir məclisdə eyni hal yenidən yaşandı. O xanım gəldi ki, Mirzə dayı, necə oxudum? Dedi, hə, yavaş-yavaş oxumağı öyrənirsən”.

Bəstəkar müğənniyə qarşı haqsızlıqlar olduğunu bildirib:

"Mirzə Babayev 15-dən artıq mahnımı oxuyub. Onun üçün yazdığım son mahnıları oxuya bilmədi. Ölümündən əvvəl o mahnıları oxumaq arzusunda olduğunu bildirdi. Çox kövrəldi. Bilirdi ki, səhhəti imkan vermir. Arzusunu gerçəkləşdirməyə əcəl imkan vermədi. Ona qarşı çox haqsızlıqlar olmuşdu. Onu qısqananlar hər vəchlə vurmağa çalışırdılar. Bu faktı ilk dəfə sizə açıqlayıram. Yadımdadır ki, 1982-ci ildə mənə və Tofiq Quliyevə Lenin Komsomolu mükafatı verdilər. Mərkəzi Komitənin katibi Həsən Həsənov zəng edib məni təbrik etdi. Dedi ki, Mirzə Babayev də yanımdadır. O gileylənir ki, bu qədər mahnılar oxumuşam, hər yerdə konsertlərim olub, amma xalq artisti deyiləm. Mən dedim ki, Həsən müəllim, düz deyir də, o çoxdan xalq artisti fəxri adına layiq görülməliydi. Həsən müəllim qayıtdı ki, darıxma, alacaq. Üstündən 5-6 ay keçəndən sonra Mirzə dayıya xalq artisti fəxri adını verdilər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol