• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı meri postu uğrunda SAVAŞ – İddialılardan biri qadın, digəri isə...

Bakı meri postu uğrunda SAVAŞ – İddialılardan biri qadın, digəri isə...
16.07.2018 20:01
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) rəhbəri vəzifəsi uğrunda hakimiyyət daxilindəki qruplar arasında cidd savaş gedir.

Bu barədə Hurriyyet.org-a məlumat verən etibarlı mənbənin sözlərinə görə, son günlərə qədər bu posta iddialılardan biri kimi Gəncənin icra başçısı Elmar Vəliyevin adı çəkilirdisə, məlum olaylardan sonra yeni namizədlər ortaya çıxıb. İddia olunur ki, yeni iddiaçılardan biri "Bakı Ağ şəhər” layihəsinin və "Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxovdur.

Qeyd edək ki, R.Sadıxov Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxovun qardaşıdır.

Rövşən Sadıxov 2005-2006-cı illərdə İsmayıllı rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. O, keçmiş nazir Eldar Mahmudovun qudasıdır. Sadıxovlar əslən Laçın rayonundandır və keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) başçısı, mərhum Rövşən Cavadovun qohumu kimi tanınırlar.

Mənbə deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna iddialı şəxslərdən ikincisi illərdir bu qurumda xüsusi səlahiyyətlərə sahib olan Nərminə İsaqovadır. Əslən Qubadlıdan olan N.İsaqovanın qardaşı Malik İsaqov hazırda eyniadlı rayonun icra başçısıdır. Bir sıra iddialara görə, Nərminə İsaqova hakimiyyətdə kifayət qədər əlaqələri olan xanımdır. Mediada yayılan məlumatlara əsasən, hazırda tikinti şirkətlərinə sərəncamların verilməsi birbaşa onun kurasiyasındadır. Təbii olaraq, sərəncamı vermək üçün tələb edilən qeyri-rəsmi ödənişin yığılması ilə da xanım İsaqovanın məşğul olduğu bildirilir.

Xatırladaq ki, 21 apreldə prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında məlum sərəncamından sonra Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tutduğu vəzifədən azad olundu. Digər sərəncamla o, baş nazirin müavini təyin edildi. Həmin sərəncamdan bu günə qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısı postu boşdur. Hazırda müvəqqəti olaraq Bakı meriyasına Fidumə Hüseynova rəhbərlik edir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol