• $
  • €
  • ₽
  • ₺
  • £

Komandir Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi

Komandir Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi
17.07.2018 11:53
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev Qarabağ əlilinin oğlunu döyüb.

Anews.az xəbər verir ki, bu barədə AzPolitika.info-ya mərhum əlilin həyat yoldaşı Elza Qılıncxanova məlumat verib.

Onun sözlərinə görə, hadisə iyun ayının 25-də Neftçilər prospektində baş verib. Belə ki, 99 YP 400 dövlət nömrə nişanlı yol polisi avtomobilli yolda hərəkətdə olan 99 HJ 343 dövlət nömrə nişanlı "Naz Lifan” markalı avtomobilin sürücüsünə "saxla” əmri verib. Sürücü Qılıncxanov Şəmsəddin Saday oğlu avtomobili saxlayıb. Polis əməkdaşı ondan sənədlərini tələb edib. Hadisə də bundan sonra olub.

Elza Qılıncxanova deyir: "Oğlum həm də evakuator sürür. "Naz Lifan”ın sənədlərini axtararkən əlinə evakuatorun sənədləri keçib. O da götürüb sənədi qoyub maşının üstünə. Başlayıb "Naz Lifan”ın sənədlərini axtarmağa. Bu vaxt polis əməkdaşı maşının üstündəki sənədə əl atıb.

Oğlum deyib ki, o başqa sənəddir, götürməyin. Bu vaxt DYP maşınındakı o biri polis (Rəşadət Babayevi nəzərdə tutur – red.) düşüb, oğluma deyib ki, nə "tirpaşlıq” edirsən. Bundan sonra Şəmsəddini təpikləməyə başlayıb. Oğlum da əsəbiləşib vurub öz maşınının ön şüşəsini sındırıb”.

Lakin hər şey bununla bitməyib. R. Babayev Ş. Qılıncxanovu "polisin qanuni əmrinə tabe olmama” ittihamı ilə həbs etdirib və ona 10 sutka həbs cəzası verilib. E. Qılıncxanova deyir ki, avtomobil mərhum Qarabağ əlili Saday Qılıncxanova prezident İlham Əliyev tərəfindən hədiyyə edilib: "Mənim həyat yoldaşım 5 il döyüşüb, axırda ağır yaralanıb. Onu Ağdamda hamı tanıyır. Çox hörmətli oğlan olub. Döyüşdə fərqləndiyinə görə mükafatlar alıb. Axırda cənab prezident ona avtomobil də hədiyyə edib. Oğlum həmin maşını etibarnamə ilə sürür. Polis özü də görür ki, avtomobil əlil ailəsinə prezident tərəfindən verilib. Amma yenə də belə əməllər edirlər. Oğlum təpiyin izinin şəklini də çəkib. Bütün bunlar şəhərin təhlükəsizlik kameralarına da düşüb. Məsələ ilə bağlı Mehriban xanım Əliyevanın qəbuluna düşmək istədim, amma oğlum imkan vermədi”.

Əlil yoldaşı Rəşadət Babayevin oğlundan üzr istədiyini əlavə edib: "Amma mən üzr istədiyini görməmişəm. Deyirlər ki, guya üzr istəyib. Mən isə bu məsələ ilə bağlı apellyasiya şikayəti vermişəm. Araşdırsınlar. Niyə mənim oğlum günahsız yerə 10 sutka həbs yatmalı idi ki? Onu 10 gün içəridə qanunsuz və günahsız yerə saxlayıblar. Həmi gunlərdə işıqlar da söndü, oğlum bişməcə olub. Hazırda müalicə olunur. Mənim həyat yoldaşım bu torpaq uğurunda öz sağlamlığından ona görə keçmədi ki, Rəşadət kimilər onun oğlunu döysünlər… Əvvəla mənim oğlum çox sakit adamdı. Fevralda atasını itirdi, yas içindəyik. O heç vaxt polisin əmrinə tabesizlik göstərməz. Amma tutaq ki, belə bir hadisə baş verib. Onda qanuni tədbirini gorun. Yoxsa siz kimsiniz ki, mənim oğluma təbik, sillə atasınız”.

Qeyd edək ki, Rəşadət Babayevin sürücülərə qarşı zor tətbiq etməsi, nalayiq ifadələr işlətməsiylə bağlı mətbuatda bundan əvvəl də yazılar gedib, hətta videolar paylaşılıb. Onun tabeliyində çalışan polis əməkdaşlarına qarşı da kobud davrandığı bildirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol