• $
  • €
  • ₽
  • ₺
  • £

Adnan Oktarın “kedicikləri”nin FUNKSİYALARI ÇÖZÜLDÜ - İNANILMAZ FAKTLAR

Adnan Oktarın “kedicikləri”nin FUNKSİYALARI ÇÖZÜLDÜ - İNANILMAZ FAKTLAR
17.07.2018 21:23

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs olunan Adnan Oktarın təşkilatı ilə bağlı yeni detallar üzə çıxıb.

Publika.az xəbər verir ki, taşkilatın 235 üzvü barədə həbs qərarı verilib və bu adların 186-sı saxlanılıb.

Təşkilatın 2 nömrəli adamı hesab edilən Tarkan Yavaş olmaqla 50-yə yaxın insan hər yerdə axtarılır.

Sosial mediada təşkilatın təbliğatını aparan şəxslər bir-bir tapılır və xaricə qaçanların Türkiyəyə gətirilməsi üçün işlər aparılır. 235 nəfər təşkilat üzvlərinin polisdəki məlumatlarında qəribə detallar bəlli olub.

Ülviyə Didəm Ürər

Kod adı: Dido. Adnan Oktardan sonra təşkilatın ikinci nömrəli adamı. Draqos adı verilən təşkilat mərkəzində Adnan Oktarla birlikdə yaşayır. Hər mövzuda Adnan Oktarın "Mən olmazsam, ondan soruşun” dediyi adamıdır. A.Oktarın sözçüsü olaraq danışa bilər. Təşkilatın hücrə sistemindən başqa, hər məlumatı bilən 5 nəfərdən biridir. Müxtəlik kişilərintəşkilata faydalı hala salınması üçün sosial şəbəkələrdə onlarla əlaqə qurur.

Tarkan Savaş

Qardaşlar qrupunun baş idarəçisi. A.Oktarın sözçüsü olaraq danışa bilər. O da Dragos adı verilən mərkəzdə yaşayır. Hüquq da daxil olmaqla demək olar ki, hər məsələndən məlumatlıdır və təşəbbüskardır.

Mərvə Böyükbayraq

Kod adı Fəvzi. Kandillidə Draqos adı verilən təşkilat mərkəzində A.Oktarla birlikdə yaşayıb. İdarəedici bacıdır. A.Oktarın hüquqi işləri də daxil olmaqla, Draqosa pul axını, izlənilməsi lazım olan hər bir məlumatları izləyir, kirayə və ya satın alınmalı olan evlərə qərar verir, qrup evlərində bacıları izləyir və idarə edir. Digital aləmə təşkilatla bağlı məlumatları yükləyər və məlumatları şifrələyir. Draqosdakı kassanı idarə edir. Bununla yanaşı təşkilatdan ayrılanlara qarşı şər-böhtan xarakterli kampaniyaları aparır. Hücrə sistemindən başqa təşkilatla bağlı məlumatları bilən 5 nəfərdən biridir.

Yeliz Sucu

Kod adı: Sarı. Draqos adı verilən təşkilatın mərkəzində Adnan Oktarla birlikdə qalır. Mərvə Böyükbayraqla birlikdə A.Oktarla xəbərləşmədə kilid rolunu oynayır. İdarəedici bacıdır. Hüquq və pul təminatı ilə bağlı məsələləri Mərvə Böyükbayraqla birlikdə idarə edir. Bununla yanaşı təşkilatdan ayrılanlara qarşı şər-böhtan xarakterli kampaniyaları aparır. Hücrə sistemindən başqa təşkilatla bağlı məlumatları bilən 5 nəfərdən biridir.

Aləv Babuna

Kısıklıda təşkilat evində yaşayır. Təşkilatın kassası hesab edilən idarəedici bacıdır. Tədbirlərlə bağlı qardaşlara təlimat verir. Ölkə daxili və xaricində qızların və manikenlərin gətirilməsi üçün təşkilatçılıq tədbirləri görür. Hər gün A.Oktara elektron poçtuna gələnlərlə bağlı məlumat verir. Təşkilatda hücrə sistemindən başqa bütün məlumatları bilən 5 nəfərdən biridir.

Gülgün Göktan

Kod adı: Güşgüş, hanımcım. Qəndillidə Draqos adı verilən təşkilat mərkəzində A.Oktarla eyni otaqda qalır. İdarəedici bacıdır. A.Oktarın daxili zənglər etdiyi bütün danışıqlarda yanında olub. Hücrə sistemindən başqa bütün məlumatları bilən 5 nəfərdən biridir. Müxtəlif kişilərin təşkilatın qoşulması üçün onlarla sosial şəbəkə hesabından münasibət qurur.

Məltəm Taban

Kod adı: Dost Məltəm. Uzun illərdir təşkilatın bütün məqalə və kitablarını yazan şəxsdir. A.Oktarın adına məqalələr yazır, canlı yayımların bilgi xarakterli məlumatlarını hazırlayan bacıdır. Lobbi fəaliyyəti ilə məşğuldur. Hüquqi ərizələrə nəzarət edir. Qrup evlərində qalır, uzun illərdir antidepresantlar istifadə edir. A9Tv-nin verilişləri hazırlayır.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol