• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Moskvayla əməkdaşlıqla bağlı sərəncam imzaladı

Prezident Moskvayla əməkdaşlıqla bağlı sərəncam imzaladı
18.11.2014 15:58
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Moskva hökumətləri arasında anlaşma və əməkdaşlıq haqqında memorandumun təsdiq edilməsi barədə sərəncam imzalayıb.ANN.Az APA-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə 2014-cü il sentyabrın 25-də Bakıda imzalanmış memorandumun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.Dövlət başçısının digər sərəncamı ilə Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum təsdiq edilib. Nazirlər Kabinetinə 2014-cü il mayın 13-də Ər-Riyadda imzalanmış memorandum müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlərin  görülməsi həvalə olunub. Prezident İlham Əliyevin imzaladığı daha bir sərəncamla Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında dövlət qulluğunun təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında memorandum təsdiqlənib. Sərəncama əsasən, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 2014-cü il sentyabrın 11-də Bakıda imzalanmış memorandumun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə həmin memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası hökumətini xəbərdar etməlidir. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol