• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metrosunda YENİLİK

Bakı Metrosunda YENİLİK
18.11.2014 15:44
Fransa şirkəti tərəfindən metronun  “28 May” stansiyasında  iki tunel tikiləcək. Tikiləcək tunel Bakı Metropolitenində qatarların daha rahat hərəkəti və intervalın azalmasına təsir edəcək. ANN.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verib və işlərin yaxın zamanda başlanacağını deyib:"Bakı Metropoliteni" QSC və Fransanın "Bouygues Travaux Publics" şirkəti arasında bu il oktyabr ayında müqavilə imzalanıb. Metronun “28 May” stansiyasında yaşıl və qırmızı xətləri bir-birindən ayrılması üçün hər biri 100 metr uzunluğunda olan tunel tikiləcək. Yaxın zamanda  tikinti işləri başlanacaq. İşin icra müddəti 36 aydır və işin bitməsinə 5 həftə qalmış  tunelin birləşdirilməsi ilə əlaqədar “28 May”stansiyası bağlanacaq”.N.Paşayevin sözlərinə görə, tikinti işləri başa çatandan sonra yaşıl və qırmızı xətt üzrə qatarlar bir-birindən müstəqil hərəkət edə biləcəklər:“İndi bu xətlər “28 may” stansiyasında kəsişir. “Həzi Aslanov”dan həm “Dərnəgül”, həm də”İçərişəhər” istiqamətində hərəkət edən qatarlar həmin stansiyadan sonra 2 dəqiqə yox, 4 dəqiqə intervalla hərəkət edirlər.  Bununla da istədiyimiz intervalı ala bilmirik. Bu xətlər ayrıldıqdan sonra qatarlar həmin stansiyadan sonra da 2 dəqiqə intervalla hərəkət edəcək. Metroda qatar hansı xətt üzrə hərəkətə çıxıbsa, həmin xətt üzrə də davam etməlidir. Lakin bizdə yanlış sistem qurulduğundan intervalda problem müşahidə edirik. Bu, digər ölkələrdə rastlanmayan bir haldır. Bu da qatarların rahat hərəkətinə mane olur, bir-birini gözləməli olurlar”. N.Paşayev onu da bildirib ki, növbəti ildə “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının istifadəyə verilməsi planlaşdırılır. 2015-ci ilin ikinci yarısında “Elmlər Akademiya”sının yeni çıxışı istifadəyə veriləcək. Papanin adlanan ərazi, Heydər Əliyev adına İdman Kompleksinin arxasındakı stansiyaların tikintisi davam edir. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol