• $
  • €
  • ₽
  • ₺
  • £

Qolu sarıqlı süpürgəçini bu hala kimlər saldı?

Qolu sarıqlı süpürgəçini bu hala kimlər saldı?
18.07.2018 11:59
Bu gün işə gələndə süpürgəçi qadınlarla salamlaşdım. Hər zaman etdiyim kimi...

- Necəsiniz?

Onlara bu sualım qəribə gəldi.

Gülümsündülər... Küçənin tozunu süpürə-süpürə...

Nazirliklərin birində süpürgəçi qadına salam verməyimi xatırlayıram. Yazıq diksinmişdi. Qorxmuşdu. Sonradan başa düşdüm ki, burda ona heç kim salam verməyib. Salamsız səhərlərin zalım olar gecəsi.

Harda küçə süpürən qadın görürəm yadıma Murad Köhnəqalanın misrası düşür:

"Küçə süpürən qadınlar, tarlada ot çalan kişilərin parodiyasıdır".

Murad bir dəfə də yazmışdı ki, süpürgəçi işləyərdim gənc ehtirasla.

Toz-tozanaqlı küçələr onların əlləri ilə özünə gəlir axı. Bütün küçələr onların gəlişinə sevinir.

Nə küləklər, nə sərsəri uşaqlar, nə avara gənclər onları küçələrdən soyutmur.

Küçələrə siqaret kötüyü, butulka, zir-zibil atanları görəndə acığımdan söymüşəm onlara.

Siqaretli, butulkalı, zir-zibilli küçələrin canlanması, dirilməsi o qadınların əlindədir.

Dünən sınıq qoluyla iş görən süpürgəçi qadını görəndə uzun müddət susdum. Sonra baxa bilmədim ona. Hər dəfə qabağıma çıxanda ötürdüm. Birdən dodaqaltı bu misranı pıçıldadım:

"Əyilib ovcuna qəpik qoymuram, əyilib ovcundan öpürəm, adam"

Bir az dəyişdirərək təbii:

"Sınıq qolundan öpürəm qadın...”

Nizami küçəsində görünmüşdü o sınıq qollu süpürgəçi. Getdim ora. Şəklini yığışdırmışdılar qadının. Bircə süpürdüyü yerlər qalmışdı...

Küçə süpürən qadınlar ədəbiyyatdı. Daha doğrusu, ədəbiyyat küçə süpürən qadının qolunu sarıyıb işə girişməyidi.

Dostlardan biri onun halına acıyıb. Kömək əli uzatmaq istəyib. Qadın razılaşmayıb və süpürgəsi ilə yollara sığal çəkməyə davam edib. Özünün sığala ehtiyacı varkən...

Hər kəs günahkardı burda, aidiyyatı qurumlardan tutmuş ta sadə adamlara qədər. Bir qadının qolu sarıqlı küçə süpürməyinə vecsiz olmaq nə deməkdir? Guya hər şeyin qarşısını alıblar. Guya o qadın kefindən durub küçə süpürür.

Ədəbiyyat mənə görə, bu qadının qolu sarıqlı yer süpürməyindən başlayır. İnsanlıq burdan başlayır. Hansı həssas qəlbli adam bu mənzərəyə ağrısız baxa bilər ki?

Onların heç nəyə yox, qayğıya, sevgiyə ehtiyacı var. İnsan kimi davranışa. Salam verəndə diksinməsinlər. Sevinsinlər buna.

Kamazın vurub öldürdüyü süpürgəçi qadını yada salın. Guya bu ölümlərin qarşısını almaq üçün qadınların yaxalarına işıqla düzdülər. İşıqları onların üzərinə düzmək lazım deyil e, öz içinizi işıqla doldurmaqdı məsələ. Onlar bu vəziyyətə işıqsız adamların ucbatından gəlib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol