• $
  • €
  • ₽
  • ₺
  • £

Quba yolundakı ağır qəzanın səbəbi

Quba yolundakı ağır qəzanın səbəbi
18.07.2018 16:26
Bakı-Quba yolunda baş verən qəzada iştirak edən sərnişin avtobusu texniki müayinədən keçdikdən sonra yola çıxıb.

Bu barədə Axar.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib. Məlumata görə, qəzadan dərhal sonra DANX-ın Sərnişin daşımalarının tənzimlənməsi sektorunun müdiri Arif Məmmədov və sərnişin avtobusunun mənsub olduğu ANDT MMC-nin rəisi Elnur Mahmudov hadisə yerində olublar.

Bildirilib ki, qəzaya yolun qaşınması və minik avtomobilinin yüksək sürəti səbəb olub:

"Bakı-Qusar marşrutu ilə hərəkət edən 10 UZ 751 nömrəli "Hunday” markalı sərnişin avtobusu 90 LO 148 nömrəli "Nissan” markalı minik maşını ilə toqquşub. 10 UZ 751 nişanlı, Hüseyn Abbasov adlı fiziki şəxsə məxsus "Hunday” Bakı-Qusar marsrutu ilə hərəkət edən zaman "Nissan Xtrail” ilə toqquşub. Marşrut xətti ilə hərəkət edən avtobus saat 8:00-da 28 nəfər sərnişinlə Avtovağzaldan çıxıb. ANDT MMC-dən daxil olan məlumata görə, sərnişin avtobusu texniki müayinədən keçdikdən sonra yola çıxıb. İlkin ehtimallara əsasən, Quba yolunun 142-ci kilometrliyində "Nissan” markalı minik maşınının sürücüsü yolun qaşınması və yüksək sürət səbəbi ilə idarəetməni itirərək qəza hadisəsi törədib.

Qeyd edək ki, baş verən qəza nəticəsində minik avtomobilinin sürücüsü dünyasını dəyişib. 10 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarət alıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol