• $
  • €
  • ₽
  • ₺
  • £

Fuad Ələsgərov: Dağlıq Qarabağ azad edildikdən sonra təhlükəsizlik ANAMA-nın üzərinə düşəcək

Fuad Ələsgərov: Dağlıq Qarabağ azad edildikdən sonra təhlükəsizlik ANAMA-nın üzərinə düşəcək
18.07.2018 21:00
Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında həllinə çalışır.
Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) fəaliyyətə başlamasının 20 illik yubleyinə həsr olunmuş tədbirdə deyib.
F.Ələsgərov bildirib ki, işğal olunmuş ərazilərimiz azad edildikdən sonra ANAMA-nın üzərinə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıtmalarının təmin olunması kimi önəmli vəzifə düşəcək.
PA rəsmisi qeyd edib ki, fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısına qoyulan tapşırıqları yerinə yetirib və sıralarına peşəkar kadrlar cəlb edib, maddi-texniki bazasını müasir standartlar səviyyəsinə yüksəldib: "2017-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar qısa müddət ərzində 3,5 milyon kvadratmetrdən çox ərazi minalardan təmizlənib. ANAMA fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatla, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub, qarşılıqlı təcrübə mübadiləsi aparıb. Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun əməkdaşlarının yüksək peşəkarlığının göstəricisidir”.
F.Əlsgərov deyib ki, minalardan təmizləmə peşəsinin sahibləri əksər hallarda həyat və sağlamlıqlarını təhlükə altına ataraq şərəfli və humanist vəzifələrini icra edirlər: "Onların fəaliyyətinə ölkə rəhbərliyi tərəfindən də xüsusi diqqət yetirilir, Agentliyin maddi-texniki təchizatı gücləndirilir, əməkdaşları dövlət mükafatları ilə təltif olunurlar”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol