"Altes Plaza"dakı yanğın söndürüldü

"Altes Plaza" yaşayış və biznes mərkəzində baş vermiş yanğın söndürülüb.
Yasalam rayon Dövlət Yanğından Mühafizə İdarəsindən bildirilib ki, yanğın binanın 3-cü mərtəbəsində yerləşən restoranın şaxtasında baş verib. Şaxtaya toplanmış tullantıların alovlanması nəticəsində binanın damından qatı tüstü çıxıb və insanlar oradan təxliyyə edilib.
Artıq yanğın tam söndürülüb.
www.anews.az
























