• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda çəkilmiş bu foto polisləri ayağa qaldırdı

Bakıda çəkilmiş bu foto polisləri ayağa qaldırdı
19.07.2018 15:53
Bakıda məktəblilərin pivəxanada görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, Yeni Günəşlidə yerləşən 285 saylı məktəblə üzbəüz yerləşən pivəxanada çəkilən fotolarda uşaqların önündə pivə dolu bakallar var.  

Sözügedən görüntülər sosial şəbəkədə müzakirəyə səbəb olub. İzləyicilərin bir qismi uşaqlara pivə satan obyekt rəhbərliyini, bir qismi isə uşaqlarına nəzarət etməyən valideyni günahlandırıblar. 

Əslində qanunla 18 yaşı tamam olmamış şəxslərin spirtli içkidən və siqaretdən istifadəsi qadağandır. Bu şəxslərin belə müəssisələrə girişi də qadağandır. Ancaq bu hər kəsin gözü qarşısında baş verir. Heç kəs də buna mane olmur.

Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsindən BAKU.WS-ə bildirildi ki, həmin ərazidə bir neçə pivəxana var. Çox təəssüf ki, həmin fotonun hansı pivəxanada çəkildiyi məlum deyil. Lakin bu istiqamətdə araşdırma aparılacaq və məkan tapılacaq. 

Polis qanun çərçivəsində həmin pivəxana sahibi barədə inzibati qaydada tədbirlər görüləcəyini qeyd etdi: "Bu işdə birbaşa pivəxana sahibi və idarə edən şəxs məsuliyyət daşıyır. Qanunla 18 yaşına çatmamış uşaqların pivəxanaya buraxılması, onlara spirtli içkilərin, pivə və siqaretlərin satılması qadağandır. Bu istiqamətdə sahibkarlar inzibati qaydada məsuliyyət daşıyırlar”, - deyə polisdən bildirilib.

Qeyd edək ki, həmin pivəxana sahibi müəyyən ediləndən sonra, onun fiziki, yaxud hüquqi şəxs olduğu müəyyənləşdiriləcək. Daha sonra onun barəsində hüüquqi qaydada tədbirlər görüləcək.

Bu məsələ qanunla necə tənzimlənir? 

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən, nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə səbəb olduqda yüz manatdan iki yüz əlli manatadək cərimələnəcək.

"Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının qanunu ilə qadağan edilmiş yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "Tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməsinə görə yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsi maddəsinə əsasən altmış manatdan yüz manatadək məbləğdə cərimə ediləcək. 

Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynlər və ya digər qanuni nümayəndələr yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmumlatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsinə görə 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynləri və ya digər qanuni nümayəndələr 100 manatdan 250 manatadək cərimə edilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol