• $
  • €
  • ₽
  • ₺
  • £

Dilqəm Əsgərovdan niyə məktub gəlmir? (AÇIQLAMA)

Dilqəm Əsgərovdan niyə məktub gəlmir? (AÇIQLAMA)
19.07.2018 20:38
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dilqəm Əsgərovun 8 aydır ailəsinə məktub yazmaması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.


BQXK-nın Azərbaycan nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Byorn Ram APA-ya açıqlamasında qeyd edib ki, təmsil etdiyi qurumun istər Bakıdakı nümayəndəliyi, istərsə də Dağlıq Qarabağdakı missiyasının nümayəndələri münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi başçəkmə həyata keçirir: 


"Beynəlxalq Qızıl Xaç Komitəsi şərait yaradır ki, saxlanılan şəxslər ailələri ilə əlaqə saxlasın. Lakin saxlanılan şəxslərin və onların ailə üzvlərinin bu təklifdən imtina etmək hüquqları da var. Bu, onların öz qərarıdır və əgər onların arzusu yoxdursa, biz nə ailələri, nə də saxlanılan şəxsləri buna məcbur edə bilərik. Əgər saxlanılan şəxs ailəsindən məktub alıbsa və cavab yazmaq hüququndan imtina edirsə, biz bu barədə ailəyə məlumat veririk. Lakin biz bunu ictimailəşdirmirik”.


B. Ram deyib ki, BQXK-nın saxlanma yerlərinə baş çəkməsi sırf humanitar xarakter daşıyır: 


"Silahlı münaqişələr olduqda Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrə Konvensiyalarına əsaslanmış mandatı var ki, saxlanılan şəxslərə baş çəksin. Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərin azadlıqdan məhrum edilməsinin səbəblərini araşdırmır və ya sual altında qoymur. Bu, bizim mandatımıza uyğun deyil. Bizim mandatımız saxlanılan şəxsin saxlanma şəraiti və onlarla rəftarı monitorinq etmək, həmçinin onların ailələri ilə əlaqələrinin bərpasını təmin etməkdən ibarətdir. Saxlanılan şəxsərin saxlanma şəraiti və ya onlara qarşı rəftarla bağlı şikayətlər olarsa, biz aidiyyəti hakimiyyət orqanları ilə vəziyyəti yaxşılaşdırmaq məqsədilə konfidensial və ikitərəfli müzakirələr aparırıq. BQXK-nın azadlıqdan məhrumetmə yerlərinə başçəkmələrlə bağlı ictimaiyyətə verdiyi məlumat həmişə ümumi olur – biz xüsusi, şəxsi və ya tibbi məlumatı açıqlamırıq – bu, həmişə konfidensial olaraq qalır. Biz baş çəkdiyimiz şəxslərlə və görüşlərin detalları ilə bağlı mətbuata və ictimaiyyətə məlumat açıqlaya bilmərik. Saxlanılan şəxslərin sağlamlıq durumu ilə bağlı məlumatlar yalnız həmin adamların razılığı olduqda ancaq onların ailələri ilə bölüşülür”.


B. Ram əlavə edib ki, BQXK saxlanılan şəxslərin azad edilməsi üçün danışıqlar aparmaq səlahiyyətinə sahib deyil: 


"Bəzən ictimaiyyət arasında anlaşılmaz məlumatlar dolaşır ki, Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxsin azad olunması üçün danışıqlar apara bilər. Belə deyil. Beynəlxalq Qızıl Xaç Komitəsi, saxlayan tərəf öz nəzarəti altında olan şəxsi azad etməyə qərar verdikdə ancaq neytral vasitəçi rolunu həyata keçirir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar biz neytral vasitəçi kimi bir çox insanların qaytarılmasında iştirak etmişik. Bir daha deyirəm ki, saxlanılan şəxsin azad edilməsi barədə qərarı Beynəlxalq Qızıl Xaç Komitəsi deyil, saxlayan tərəf verir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol