• $
  • €
  • ₽
  • ₺
  • £

Qarın piylərinin əridilməsi

Qarın piylərinin əridilməsi
19.07.2018 22:04

İdman edərək,eyni zamanda yeməkdən də qalmadan arıqlamağın yollarını axtarırsınızsa bu təcrübəli məlumatlar sizin köməyinizə çatacaq.Ən sürətli piy əritməyin 5 üsulunu bilmək istəyirsinizsə xəbəri diqqətlə oxuyun. 
Əgər qadınsınızsa, çox yediyiniz üçün yəqin ki, dar paltarlar geyinə bilmirsiniz. Geyinənləri də qısqanırsınız. Əgər yemək yeməyi dayandıra bilməyən bir kişisinizsə, gəncliyinizdəki düz qarınınızdan əsər-əlamət qalmayıb yəqin ki. Daha sürətli şəkildə piylərinizi əridə bilmirsinizmi? Fikirləşdiyiniz qədər asan olmasa da, qeyri-mümkün deyil.
 
Doğru təklif 1: "Arıqlaya bilməzsiniz".
Heç kim bunu eşitmək istəməz. Bədəninizdəki yağlardan xilas olmaq üçün özünüzdən başqa dəstək verəniniz yoxdur. 
Doğru təklif 2: Bir az vaxta ehtiyacınız var.
Qarınınızı dərhal düzləşdirəcək asan bir yol yoxdur. Diqqətli qidalansanız və məşqlərinizə laqeyid yanaşmasanız, vaxt keçdikcə qarınınız itəcək. Özünüzə bir az vaxt verin. Çəkiniz dərhal dəyişməyə bilər ancaq paltarlarınızı geyinəndə fərqi görəcəksiniz.


  Doğru təklif 3: Bu bir az qəddar görünə bilər.
20 yaşlı insanlar kimi dümdüz bir qarına sahib olmağı gözləməyin çünki yaş keçdikcə dəri elastikliyini itirir. Yaş keçdikcə əzələlər gücünü itirir, maddələr mübadiləsi zəifləyir və bunlarla mübarizə etmək məcburiyyətində qalarıq. 
2. Yağ əridici məşq: "Ürəyinizi əridin”.
Ürəyi çalışdıran düzgün məşq proqramı yağ əritməyinizi təmin edəcək.Gəzinti mükəmməl bir məşqdir. Nizamlı və templi gedən insanlar yağlarından və sallanmalardan asanlıqla xilas ola bilər. Qısa davamlı gəzintilər çox da təsirli olmur. Gündə iki dəfə qaçırsınızsa (idman aləti üzərində) bunu 3 dəfəyədək artırın. Əgər 30 dəqiqə qaçırsınızsa, bunu 45 dəqiqə edin.
Ara-sıra məşqlər, yüngül məşq edənlərin daha çox yağ əritməyinə kömək edir. 5 dəqiqə yeriyib 5 dəqiqə qaçın. Bu şəkildə davam edin. Bu strategiya daha çox yağ və kalori əritməyinizi təmin edəcək. Gəzintilərinizin və məşqlərinizin sayını artırsanız daha çox çəki atarsınız.

3. Piyləri əridən digər məşqlər: Ağır çəki qaldırın ya da digər gücləndirici idman hərəkətləri edin.
Həftədə 3 dəfə yarım saat ağırlıq qaldırma ilə məşğul olsanız, sallanmaların qarşısını alarsınız. Əgər başlanğıc mərhələsindəsinizsə, əvvəl sallanmaları nəzarət altına almalısınız. Ağırlıq qaldırma dərsi işinizə yaraya bilər. Əgər sallanmaları nəzarət altına aldınızsa, həftədə bir dəfə 2 ağırlıq dərsi nəzarət etməyinizi təmin edəcək. Bu mövzuda fikirləriniz qarışıbsa, digər sallanan bölgələrinizin də yığışmasını istəyirsinizsə, təlimatçınızdan kömək ala bilərsiniz.
Sadə bir ev məşqi: Bir süpürgə alın. Tutun və başınızın üstünə qədər qaldırın. Sağa və sola doğru hərəkət etdirin. Təkrarladıqca möhkəmləşməyi hiss edəcək və bu hərəkəti sevəcəksiniz. Ağırlıq məşqi boyunca maksimum yağ əritmək üçün hər məşqi 12-15 dəfə təkrarlamalısınız. Kişilərin isə bir hərəkəti 8 - 12 dəfə təkrarlamağı kifayətdir.
4.Sallanmalardan xilas olmaq üçün insanlar mütəmadi oturub qalxmaq hərəkəti edə bilərlər.
Bu hərəkət qarın və bel ətrafı piylərdən xilas olmağınızı təmin edir.
 
5. Necə kalori itirərsiniz? Qidalanmanıza nəzərdən keçirin.
Hər həftə yeməyinizə yağ əridən şeylər əlavə edin. Bunlar acı bibər, yağsız süd məhsulları və yağsız qidalar ola bilər. Bəzi araşdırmalar bu yeməklərin maddələr mübadiləsini sürətləndirdiyini təsdiqləyir.Məsələn bibərin bu cür təsiri olduğu aşkar olunmuşdur. Gündəlik qidalarınızda pəhrizinizə köməkçi olacaq yağsız yeməkləri seçin. Yeməkləri az və tez-tez qəbul etmək də çəki itirməyinizi təmin edir. Gündə 5 dəfə, daha kiçik boşqablarda yemək yemək arıqlamağınıza kömək olmaqla yanaşı, hər vaxt enerjili qalmağınızı təmin edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol