• $
  • €
  • ₽
  • ₺
  • £

Yunis Səfərov polis tərəfindən döyülüb? – Açıqlama

Yunis Səfərov polis tərəfindən döyülüb?  – Açıqlama
20.07.2018 12:05
Gəncənin icra başçısı Elmar Vəliyevin Yunis Səfərov adlı şəxs tərəfindən vurulması və sonradan həmin şəxsin fotoşəkillərinin yayılması heç də birmənalı qarşılanmayıb və Yunis Səfərovun polislər tərəfindən döyüldüyü iddiaları irəli sürülüb.

Bununla bağlı APA informasiya agentliyinə açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Yunis Səfərovun cinayət törətdikdən sonra polisə müqavimət göstərdiyini və zərərsizləşdirilərkən xəsarət aldığını bildirib. Lakin bu açıqlamasından öncə Bizimyol.info-ya danışan Ehsan Zahidov Yunis Səfərovun saxlanılarkən polisə heç bir müqavimət göstərmədiyini bildirdmişdi.

Sözügedən hadisənin üzərindən bir müddət keçməsinə baxmayaraq olay hələ də müzakirə mövzusu olaraq qalıb. Belə ki, bir çox insanlar Yunis Səfərovun polis tərəfindən döyüldüyünü iddia edərək həmin polis əməkdaşlarının da məsuliyyətə cəlb olunmasını tələb edib.

Gəncənin icra başçısı Elmar Vəliyevə atəş açan və onu yaralayan Yunis Səfərov həqiqətən də polislər tərəfindən döyülüb? Onun saxlanılarkən zorakılığa məruz qalması, ona qarşı zorakılıq edən polis əməkdaşı məsuliyyət daşıyırmı?

Bu suallarla bağlı Bizimyol.info-ya danışan Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis zabiti Şəmsəddin Əliyev odlu silahla atəş açan bir şəxsin polis əməkdaşları tərəfindən zərərsizləşdirilərkən zorakılığa məruz qalmasının mümkün hal olduğunu, hətta onun qolunun da qırılabiləcəyi ehtimalının olduğunu bildirdi:

"Dünən mətbuatda oxudum ki, Elmar Vəliyevin dırnaq arası müdafiəçisi qeyd edib ki, niyə Elmar Vəliyeva güllə atan şəxs tutulub döyülür? Polislərin həmin şəxsi döyməsinə görə cinayət işi açılmalıdır və s.  Azərbaycan Respublikasının qanunlarına görə hər bir şəxs irqindən, cinsindən asılı olmayaraq bərabərhüquqlu sayılır. Yayılmış bu xəbəri ən xırda incəliklərinə kimi oxudum və subyektiv hüquqşünas müşahidəsi aparadım. Beynəlxalq normlarda və Azərbaycan Respublikasının qanunvericiliyində də deyilir ki, əgər kimsə hüquqa zidd əməlləri törədən şəxsi polis və yaxud da cinayətkarlarla mübarizə aparan orqanın nümayəndəsi başqa vasitələrlə onu özünə tabe edə bilməzsə və cinayətkar ona müqavimət göstərərsə, ona qarşı fiziki güc və zorakılıq halları tətbiq edilə bilər. Nəzərə alsaq ki, bu ictimaiyyət üçün təhlükəli subyektdir və onu daha tez zərəsizləşdirilərsə ətraf üçün təhlükə də sovuşa bilər. Bu baxımdan onu zərərsizləşdirmək üçün sürətli tədbirlər görülüb. Yaranmış ekstremal hal zamanı bizdən göstəriş gözləmədən ərazidə təhlükəsizliyin təmin edən əməkdaşlar yaranmış vəziyyətə uyğun tədbirlər görüb. Yunis adlı şəxsi zərərsizləşdirmək üçün zorakılığla müşaiyət olunan hallar mümkündür. Cinayətkar zərəsizləşdirilən ərəfədə yıxıla bilər, qolu qırıla bilər. Bütün bunlar mümkün olan hallardır.
Hakimiyyətin səlahiyyətli nümayəndəsinə, polis əməkdaşlarına, öz işini icra edən şəxsə qarşı odlu silahla hücum edən şəxsə qarşı necə davranmaq lazımdır? Mən bu sualımı cəmiyyətə ünvanlayıram. Nəzərə alaq ki, bu Mədəniyyət və Turizm nazirliyinin işçisi deyil, polis qurumunun əməkdaşıdır. Ona görə də mən Ehsan Zahidovun fikri ilə tam razıyam. Yunis Səfərova qarşı heçbir işgəncə tətbiq olunmamışdır. O zərərsizləşdirilərkən belə hərəkətlərə məruz qalmışdır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol