• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: "Mənim də nikahım orada qeydiyyata alınıb"

İlham Əliyev: "Mənim də nikahım orada qeydiyyata alınıb"
18.11.2014 11:20
"Mənim də nikahım "Səadət" sarayında qeydə alınıb". ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edən prezident İlham Əliyev deyib.Prezident Qafqazda sabitliyin, təhlükəsizliyin, inkişafın möhkəmləndirilməsi işində rolunuza görə minnətdarlığımı bildirib.O, bildirib ki, adıçəkilən konfrans Murtuza Muxtarovun evində keçirilir. O, Azərbaycanın ən zəngin adamlarından biri və mesenat olub. Bu evi də o, həyat yoldaşına hədiyyə kimi inşa etdirib. "Onun həyat yoldaşı Osetiyadan idi. O, həmçinin öz vəsaiti hesabına Vladiqafqazda məscid tikdirib. O, çox ləyaqətli insan idi. Faciəvi şəkildə həlak olub. Bolşevik inqilabından sonra əsgərlər onun evinə soxularaq, onu öz evindən çıxarmaq istəyirdilər. Çünki Bakının əksər tarixi binalarını varlı insanlar tikdiriblər. Onların əksəriyyəti ləyaqətli insanlar idi. Onlar sərmayə qoyaraq məktəblər, xəstəxanalar inşa etdirirdilər. Bizim indiyədək istifadə etdiyimiz Şollar su kəməri varlı adamlardan biri və mesenat Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilib. O zaman Murtuza Muxtarov quldurlara mənzilini ləkələməyə imkan vermədi. Silahı çıxararaq hücum edənlərin bir neçəsini məhv etdi və özü də həlak oldu. Əhvalat bax belə olub.Sovet dövründə, təbii ki, hər şey milliləşdirilib. Orada müxtəlif kontorlar fəaliyyət göstərib. Sonra ora nikah evi kimi fəaliyyət göstərərək “Səadət” sarayına çevrilib. Mənim də nikahım orada qeydiyyata alınıb. Sonralar bu ev pis vəziyyətə düşmüşdü".Dövlət başçısı biz bir neçə il ərzində oranın bərpa edildiyini deyb. Çünki binanın tarixi hissəsini qoruyub saxlamaq və yeniləşdirmək lazım idi. İndi bura, həm də nikahların qeydə alındığı saray kimi fəaliyyət göstərir. Burada rəsmi nikah mərasimləri, həmçinin müxtəlif dövlət tədbirləri keçirilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol