• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyadan deportasiya edilənlər Bakıda həbs olundular

Almaniyadan deportasiya edilənlər Bakıda həbs olundular
20.07.2018 16:16
İyulun 18-də Almaniyadan deportasiya olunmuş 50-dən çox Azərbaycan vətəndaşı elə Bakı hava limanında həbs ediliblər. Bu barədə Almaniyada yaşayan siyasi mühacirlərin saytı məlumat yayıb.

Daha öncə virtualaz.org-un yazdığı kimi, Almaniyanın miqrasiya idarəsi azərbaycanlıları ölkədən kütləvi şəkildə deportasiya etməyə başlayıb. Onların əksəriyyəti Almaniyada qaçqın status almaq istəyiblər və bu məqsədlə Azərbaycanda siyasi səbəblərdən izlənilmələri barədə yalan məlumatlar yayıblar.

Məlumata görə, iyulun 18-də 51 miqrant çarter reysi ilə Almaniyadan Azərbaycana deportasiya edilib. Bakı hava limanında onları hüquq-mühafizə orqanlarınınm əməkdaşları qarşılayıb.

Saxlanılanlardan biri Sinan Bayramovdur. O, son dörd il ərzində Almaniyada yaşayıb. Azərbaycan siyasi mühacirlərinin informasiyasına görə, Sinan Bayramovu Bakıda DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

Almaniyada fəaliyyət göstərən "Leqat” inteqrasiya mərkəzinin məlumatına görə, 2014-cü ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Readmissiya Sazişinin müddəalarına uyğun olaraq, 50-dən çox Azərbaycan vətəndaşı öplkədən deportasiya edilib.

Həmin mərkəzdən bildirildiyinə əsasən, deportasiya edilmiş azərbaycanlılar Almaniyanın Bamberq, Valdvassen, Uesburq, Kürten və digər şəhərlərində yaşayıblar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol