• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir mətbuatdan danışdı: Onlar bu yazılarla…

Nazir mətbuatdan danışdı: Onlar bu yazılarla…
20.07.2018 16:55
Tarixən təhsil Azərbaycan mətbuatında əsas mövzulardan olub. Həsən bəy Zərdabidən gələn ənənə bu gün də davam etdirilir.

Axar.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov mətbuatın 143 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün də jurnalistlərin Həsən bəy Zərdabi ənənələrinə sadiq qalmaları sevindirici haldır:

"Hesab edirəm ki, təhsil istiqamətində aparılan işlərin cəmiyyət tərəfindən anlaşılması ümumi işə çox böyük töhfə verir. Bu gün məktəbəqədər təhsilin əhəmiyyətindən alimlərimizin dünyanın aparıcı nəşrlərindəki məqalələrinin təhlillərinə qədər, buraxılış, qəbul imtahanlarının formatı, təhsillə bağlı qəbul edilən normativ aktlar mətbuatda işıqlandırılır. Media bu yazılarla həm də ictimai nəzarət funksiyasını yerinə yetirir. Məlumatlara baxış prizması da son dərəcə vacibdir. Təhsillə bağlı xəbərlərdə gələcək ümumxalq maraqlarımıza uyğun məlumatların, pozitiv xarakterli mesajların verilməsi vacibdir. Son illər yüksək nəticə ilə ucqar regionlarda işləyən müəllimlərlə bağlı reportajlar əks-səda doğurur və bu məsələdə mətbuatın rolu danılmazdır”.

Nazir müəlimlərin işə qəbul imtahanlarından da danışıb, bildirib ki, ildən-ilə müəllimlik peşəsinə yiyələnmək istəyənlərin sayı çoxdur:

"Təkcə bu il işə qəbul olmaq üçün 50 mindən çox insan qeydiyyatdan keçib, 46 mindən artıq imtahanda iştirak edir. İmtahanların şəffaf keçirilməsi, eləcə də bu sahədə qəbul edilən qanunlar, sərəncamlar da bu sahəyə marağı artırır. Müəllimlərin işə qəbul imtahanı ilə il ərzində 3-5 faiz təhsil sistemində yenilənməyə nail oluruq. Bu kiçik rəqəm kimi görünə bilər, lakin rəqabətdən yüksək nəticə ilə keçən ordu məktəblərimizə yeni nəfəs gətirəcək, təhsil sistemində daha böyük uğurların təməlini qoyacaq. Təhsil Nazirliyi olaraq biz daim dolğun məlumatların çatıdırılmasına çalışırıq, neqativ hallarla bağlı operativ, konstruktiv həllində səyimizi əsirgəmirik. Bütün media əməkdaşlarına peşəkar fəaliyyətlərində uğurlar arzu edirəm”.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, jurnalistlərimiz təhsil sahəsindəki uğurları daim mətbuatda işıqlandırırlar, təhsil hər zaman mediada aktual mövzu olub:

"Zərdabi maarifçi insan idi, həmin dövrdə onu ziyalıların atası adlandırırdılar. İki il fəaliyyət göstərən "Əkinçi” xalqı xalq kimi tanıtdı, milli məfkurəmizi tanıtdı, milli şüuru oyatdı. Zərdabi Azərbaycan xalqının inkişaf yolunu yeni tipli məktəblərdə görürdü. Bu gün də təhsil sahəsində kifayət qədər uğurlarımız var və media daim bu məlumatları işıqlandırır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol