• $
  • €
  • ₽
  • ₺
  • £

Məmmədbağır Bağırzadə ilə bağlı şok fakt

Məmmədbağır Bağırzadə ilə bağlı şok fakt
21.07.2018 09:05
Bu gün xalq artisti, mərhum müğənni Məmmədbağır Bağırzadənin doğum günüdür.

Sənətkarın yaxın dostu, tanınmış şair Vüqar Əhməd Yenicag.az-a açıqlamasında xalq artisti ilə bağlı maraqlı faktlar açıqlayıb:

"55 yaşının tamamına bir həftə qalmış zəng elədi ki, yubileyimlə bağlı AzTV-də veriliş hazırla. Mən də həmin ərəfədə ailəmlə birgə İrana istirahətə yollanacaqdım. Dedim ki, artıq hazırlaşmışıq, yola çıxırıq. Xahiş etdi ki, qal, yoxsa səndən inciyərəm. Qaldım və gözəl bir veriliş hazırladıq. Ayrılanda məni qucaqladı və dedi ki, haqqını halal elə, ölüm-itim dünyasıdır. Veriliş efirə getdi, oktyabrın 30-da dünyasını dəyişdi.

AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev onun səsinin vurğunu idi. Mənə dedi ki, Vüqar, yaxşı həkim tap, xərci özüm çəkəcəm. Moskvadan həkim gətirdim, Mərkəzi Klinik Xəstəxanada onu müayinə etdilər. Ramiz Mirzəyev o vaxt 11 min dollar xərc çəkdi. Lakin xeyri olmadı.

Onun meyitini xəstəxanadan çıxaranda müğənnilərdən heç kim yox idi. Meyiti yumağa İzzət Bağırov, mən və ailə üzvləri apardıq. Zəng edib, müğənniləri çağırdım. Onu dəfn etmək üçün II Fəxri Xiyabanda yer ayırdılar. Lakin ailəsi razılıq vermədi. Hətta israr edənlər oldu, ailəsi buna çox hirsləndi. Onu Nardaran qəbiristanlığında dəfn etdilər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol