• $
  • €
  • ₽
  • ₺
  • £

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - Azərbaycanda

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - Azərbaycanda
22.07.2018 11:29
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Rasim Zəkaryayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Anews.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, məhkəmənin hökmü ilə Rasim Zəkaryayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Rasim Zəkaryayev əldə etdiyi 2 kiloqramdan artıq heroini satmaq məqsədlə icarəyə kafe işlədən Ulduz Məmmədovun yanına gəlib, ondan alıcı tapmasını xahiş edib. U.Məmmədov onun bu təklifindən sonra dərhal Nizami Rayon Polis İdarəsinə gedərək R.Zəkaryayevdə narkotik vasitə olması barədə məlumat verib.
Təqsirləndirilən, 59 yaşlı R.Zəkaryayev ona elan olunmuş ittihamla özünü özünü təqsirli bilməyib. İfadəsində daimi yaşayış yeri olmadığını, narkotik vasitlərdən istifadə etmədiyini, həbsxanaya düşmədiyini göstərib. Saxlanılarkən əlindəki sellofanın ona məxsus olmadığını deyən R.Zəkaryayev həbs olunmazdan bir gün öncə Qara Qarayev prospektindəki kafelərdən birinə gedib, yemək yeyib, spirtli içki qəbul edib:
"Bir neçə dəfə ora gedib yemək yemişdim. Kafenin sahibi Ulduz adlı şəxs mənə sellofan torba verdib dedi ki, qarşıdakı binanın yanında səni qarşılayacaqlar. İçərisində nə olduğunu bilmirdim. Kafedən çıxıb bir neçə metr getmişdim ki, polislər yaxınlaşdılar. Ömrümdə narkotik vasitə görməmişəm. Amma polislər narkotik olan sellofanı əlimdə tutmuşdular. Polislər mənə təzyiq etmədilər. Sellofanı mənə Ulduzun verməsi aydın idi".
Daimi yaşayış yeri olmayan, saxlanılarkən cibində 1 manat belə aşkarlanmayan şəxsin 2 kiloqramdan çox heroini haradan əldə etməsi suallar doğurub. Baş əməliyyat müvəkkili Xəlil Atakişiyev ifadəsində Ulduz Məmmədovun idarəyə verdiyi məlumat əsasında əməliyyat keçirilib. Keçirilən əməliyyat zamanı Rasim Zəkaryayev saxlanılıb.
Baş leytenant Murad Soltanov da anoloji ifadə verib. O, əlavə olaraq göstərib ki, əməliyyata gedən zaman Ulduz Məmmədov da onlarla gedib və kənardan Rasim Zəkaryayevi göstərib: "Ulduz bizə Rasimi göstərdi və oradan uzaqlaşdı. Biz də yaxınlaşıb Rasimi saxladıq".
Şahid qismində dindirilən Ulduz Məmmədov ifadəsində Nizami rayonu ərazisində icarəyə kafe götürdüyünü, təqsirləndirilən şəxsin həmin kafeyə müştəri kimi gəlib-getdiyini göstərib. Şahidin ifadəsinə görə, sonuncu dəfə kafeyə gələn R.Zəkaryayev ona heroin satmağı təklif edib. O da öz növbəsində bu haqda polisi məlumatlandırıb: "Hər şeyi polisə dedim. Çünki gənclərimizin çoxu narkotik vasitənin qurbanı olurlar".
Təqsirləndirilən R.Zəkaryayev isə şahidin yalan danışdığını, həbs olunmamışdan bir gün əvvəl Ulduzun ona kafedə qalmağı təklif etdiyini deyib: "Bilirdi ki, gedəcək yerim yoxdur. Həmin gecə oturacaqların üstündə yatdım. Səhər də selofan torba verdi, sonra da tutuldum. Mənim heç bir günahım yoxdur".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol