• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən intizamlı əsgəri 27 il komandirinin əmrini gözləyib

Dünyanın ən intizamlı əsgəri 27 il komandirinin əmrini gözləyib
23.07.2018 21:43
II Dünya müharibəsi başa çatdıqdan 27 il sonra Quam adasında qamışlıqda gizlənmiş və hələ də komandirinin əmrini gözləyən yapon əsgəri tapılıb.
Bu barədə "Newhistorian. com” saytında məlumat yer alıb. 1944-cü ilin iyulunda ABŞ və Yaponiya qoşunları arasında Quam adasında amansız döyüşlər zamanı yapon ordusunun əsgəri Şoiçi Yokoi cəngəllikdəki qamışlıqda qazdığı mağarada gizlənib. Çoxlu itkilər verən yapon ordusu adanı tərk etdikdən sonra amerikan əsgərləri gizlənən düşmən hərbçilərini əsir götürüblər. Onların cəngəlliyi axtardığı vaxt Soiçi Yokoi gizləndiyi mağaranı bambuk ağacı ilə örtüb və 27 il çayın kənarındakı bu sığınacaqda komandirinin əmrini gözləyib. Nəhayət, 1972-ci ildə çayda balıq tutduğu zaman amerikalı ovçulara rast gələn yapon əsgəri qaçmağa başlayıb və qarşıdakı polis məntəqəsində onu həbs etmək istəyən silahlı qanun keşikçilərinə müqavimət göstərib. Amerikan polisi tərəfindən həbs olunduğu zaman əsir düşmək istəmədiyi üçün öldürülməsini xahiş edən Yokoi tezliklə Yaponiyaya göndərilib və burada qəhrəman kimi qarşılanıb. Yapon əsgəri onu qarşılayan həmvətənlərinə deyib: "Mən sağ qayıtdığım üçün utanıram”.
İntizamlı əsgər yaponlar üçün qəhrəmanlıq, şərəf və imperatora sədaqət rəmzinə çevrilib. 1972-ci ildə Yaponiya İmperatorunun qəbulunda olan Yokoi deyib: "Mən sizə lazımınca xidmət edə bilmədiyim üçün dərin təəssüf hissi keçirirəm. Artıq dünya çox dəyişib, amma mənim sizə xidmət etmək niyyətim heç bir zaman dəyişməyəcək”.
Həyatının qalan hissəsini rifah içərisində keçirən intizamlı əsgər 1997-ci ildə – 82 yaşında dünyasını dəyişib.(AZƏRTAC)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol