• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamın işğalı, telekanallardakı şadyanalıq, dingildəyən tamaşaçı... - VİDEO

Ağdamın işğalı, telekanallardakı şadyanalıq, dingildəyən tamaşaçı... - VİDEO
24.07.2018 13:45
Dünən Ağdamın işğalından 25 il ötürdü. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq insan şəhid olub, minlərlə insan fiziki şikəstlik qazanıb. Buna baxmayaraq, dünən telekanallarda şadyanalıq var idi. Bəli, dünən anladıq ki, biz Qarabağı təmamən itirmişik... 

BAKU.WS xəbər verir ki, Space və ATV kanallarında canlı yayımlanan əyləncəli proqramlar belə təxirə salınmadı. 

Ən azından, verilişdəki musiqilər seçilərkən altı min şəhidi unutmamaq lazım idi. Mikayıl Güləddinoğlunun təqdim etdiyi "Sevimli mahnı" proqramında əsl toy əhval-ruhiyyəsi var idi. 

 Müğənnilərlə yanaşı tamaşaçıların da qol götürüb rəqs etməsi nəinki Ağdamın, ümumiyyətlə Qarabağ boyda dərdimizin unudulmasından xəbər verirdi. İfaçının "Anadır arzulara hər zaman Qarabaq" oxuyarkən, gənc qızın dingildəyərək əl çalması isə vəziyyətin daha acınacaqlı olduğunu, gənc nəslin ümumiyyətlə Qarabağ barədə anlayışı olmadığını başa salırdı. 

ATV-nin yeni "Salamlar" layihəsi bütün azərbaycanlıları əyləndirməkdə davam etdi. Həm də canlı yayımla. Bu proqramlar hələ bizim izlədiklərimizdir.

Digər kanallardakı proqramlardan məlumatımız olmadığımızdan ancaq bu iki verilişi nümunə gətirə bildik.  

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol