• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni nazir: "Mingəçevir SES-i vuracağıq"

Erməni nazir: "Mingəçevir SES-i vuracağıq"
24.07.2018 20:46
Ermənistan müdafiə naziri David Tonoyanın ardınca qondarma "dqr müdafiə naziri” də Azərbaycanı müharibə və "Mingəçevirin vurulması” ilə hədələyib.
 
Vətəninfo.az xəbər verir ki, Levon Mnatsakanyan bu gün Xankəndində jurnalistlərin qarşısına çıxaraq təmas xəttində hökm sürən "təəcüblü sakitlikdən”, payızda vəziyyətin gərginləşə biləcəyindən və irimiqyaslı hərbi əməliyyatların başlayacağı təqdirdə "Azərbaycanın iqtisadiyyatını iflic etmək” planlarından bəhs edib.
Mnatsakanyan bildirib ki, "əgər zərurət yaranarsa” Dağlıq Qarabağ "müdafiə ordusu”, yəni erməni işğalçı birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək. Onun sözlərinə görə, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib.


"Hərb elmi bu və buna bənzər obyektlərə zərbə endirilməsini tələb edir. Belə zərbə iqtisadiyyata zərər vuracaq və düşmənin silahlı qüvvələrini müvafiq resurslarla təchiz etmək imkanlarını aradan qaldıracaq. Bu obyekt bizim planlarımıza daxildir”-o bildirib.


Mnatsakanyan əlavə edib ki, hər şey belə zərurətin yaranmasından asılıdır, hansı ki, sözügedən zərurət hələ yoxdur. Qondarma "nazir” lovğalığı davam etdirərək deyib ki, Azərbaycanın "LORA”, "Polonez”, "Dana” kimi yeni raket-artilleriya sistemləri nümayiş etdirməsi onları qorxutmur. Çünki ermənilərin əlində də "oxşar silahlar” var. Üstəlik bu silahlar "daha dəqiqdir”


Ermənistanda Mingəçevir SES-i vurmaq barədə təhdidlər ilk dəfə deyil ki, səslənir. Belə təhdidlərlə adətən ya istefada olan generallar, ya hansısa ekspertlər və siyasətçilər çıxış edirdi. İndi isə Dağlıq Qarabağdakı işğalçı qüvvələrin "naziri” su bəndinin hədəf kimi müəyyən edildiyini açıqlayır. Və şübhəsiz ki, rəsmi Bakı, Azərbaycanın Müdafiə Nazirliyi düşmənin bu təhdidinə cavab verməli olacaq. Gözlənilir ki, Müdaifə Nazirliyi gün ərzində Mnatsakanyanın sərsəm təhdidləri ilə bağlı bəyanatla çıxış edəcək.


Belə görünür ki, düşmənin nəzərinə Azərbaycan silahlı qüvvələrinin bütün Ermənistan boyu və işğal altındakı ərazilərdə hansı hədəflərin nişangahda olduğunu çatdırmaq lazımdır. Və düşmənə başa salmaq lazımdır ki, bu cür sərsəm təhdidlərlə çıxış etməzdən əvvəl azı iki dəfə düşünməyə zərurət var.


Şübhəsiz ki, Azərbaycan özünün strateji infrastruktur obyektlərinin, o cümlədən Mingəçevir SES-in su bəndinin potensial hücumlardan müdafiəsi üzərində çoxdandır işləyir. Hansı ki, hava və raket hücumlarından bir neçə pilləli müdafiə sistemləri formalaşdırır. Bu sistemlər Ermənistanın sərəncamındakı və Mingəçevirə zərbə endirmək barədə lovğalanmaq üçün istifadə edilən "İsgəndər” raketlərini də dəf etməyə hesablanıb.


Digər tərəfdən deyəsən Mnatsakanyan yaddan çıxarıb ki, Azərbaycan ordusunun Naxçıvanda cəmləşdirilmiş əlahiddə ümumqoşun birləşməsi Yerevan və onun yaxınlığındakı Metsamor AES də daxil olmaqla bütün strateji infrastruktur obyektlərini darmadağın etmək gücündədir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol