• $
  • €
  • ₽
  • ₺
  • £

Mədət Quliyev Gəncə hadisələrindən danışdı

Mədət Quliyev Gəncə hadisələrindən danışdı
24.07.2018 22:42
"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində həyata keçirilən uzaqgörən və uğurlu siyasət sayəsində Azərbaycan böyük nüfuz qazanaraq gündən-günə qüdrətlənir", bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev DTX-nin Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə deyib.

DTX rəisi bildirib ki, dövlətimizin bu inkişafını gözü götürməyən müəyyən qüvvələr tərəfindən bəzən ölkədə ictimai-siyasi sabitliyi və təhlükəsizliyi pozmağa uğursuz və cılız cəhdlər göstərilir. Lakin bunun qarşısı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, möhkəm iradəsi və müdrik rəhbərliyi ilə hüquq mühafizə orqanlarının yüksək əlaqələndirilmə şəraitində operativ müdaxiləsi nəticəsində çevik və peşəkarlıqla alınır.

M.Quliyev qeyd edib ki, ötən günlərdə ölkəmizdə sabitliyin və təhlükəsizliyin əleyhinə yönəlmiş, dövlət hakimiyyət nümayəndəsinə və hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı törədilmiş namərd terror aktları və digər hüquqazidd əməllərin dərhal xalqımızda hədsiz hiddət doğuraraq qətiyyətlə pislənilməsi, xainlərin sərt cəzalandırılmasına dair haqlı ictimai tələb, eyni zamanda, düşmənlərə xalq-dövlət həmrəyliyinin, vətəndaş-iqtidar birliyinin sarsılmazlığını bir daha bariz nümayiş etdirib.(azvision.az)
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol