• $
  • €
  • ₽
  • ₺
  • £

Süpürgəçi qadını vuran sürücü həbs edildi

Süpürgəçi qadını vuran sürücü  həbs edildi
25.07.2018 11:54
Süpürgəçi qadını "KamAZ"la vurub öldürən sürücünün məhkəməsi başa çatıb. Dünyasını dəyişən süpürgəçinin və övladlarının fotosu uzun müddət sosial şəbəkələrdə və mətbuatda müzakirə mövzusu idi.


Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində süpürgəçi qadını vurub öldürən "KamAZ” markalı avtomobilin sürücüsü Zaur Musayevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.


Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Z.Musayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Zaur Musayev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalındaca həbs edilib.


Xatırladaq ki, hadisə bu il martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.


"KamAZ" markalı avtomobil yolu keçən paytaxt sakini, süpürgəçi Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.


Hadisəni törədən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Musayev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol