• $
  • €
  • ₽
  • ₺
  • £

İstirahət gününə gözlənilən hava proqnozu açıqlanıb

İstirahət gününə gözlənilən hava proqnozu açıqlanıb
28.07.2018 17:20
Azərbaycanda istirahət gününə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah, iyulun 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26°, gündüz 31-35° isti, Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.

Cənub çimərliklərində də (Türkan, Hövsan, Sahil, Şıx) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol