• $
  • €
  • ₽
  • ₺
  • £

Daha üç möhtəşəm əsər Azərbaycan dilində!

Daha üç möhtəşəm əsər Azərbaycan dilində!
17.11.2014 10:50
"Qanun" nəşriyyatında üç yeni kitab çapdan çıxıb. Bunlar Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, С.K.Roulinqin “Harri Potter və Azkaban məhbusu” və Stiven Kinqin “11/22/63” əsərləridir.“Sirlər xəzinəsi” (“Məxzənül-əsrar”) böyük Azərbaycan şairi Nizami Gəncəvinin Şərqdə “beş xəzinə” adı ilə şöhrət qazanmış “Xəmsə”sinin ilk məsnəvisidir. Şair bu əsəri təxminən 1178-79-cu illərdə yazaraq Ərzincan hakimi Davud oğlu Məlik Fəxrəddin Bəhram şaha (1162–1225) ithaf etmişdir. “Sirlər xəzinəsi” yazılı ədəbiyyata Nizami tərəfindən gətirilmiş səri bəhrində yazılmışdır. Əsərin kompozisiyası da orijinaldır. Əsərin canını iyirmi məqalat təşkil edir. Nizami hər məqalatda bir məsələ qoyub irəli sürdüyü fikri atalar sözləri kimi dərin mənalı beytlərlə canlandırır.Harri Potter və dostları Hoqvartsda üçüncü illərinə qədəm qoyurlar. Sehr dünyasının isə bütün diqqəti, qüvvələri Azkaban həbsxanasından qaçmağı bacarmış sehrbaz, Qara Lordun sadiq xidmətçisi Sirius Blekin axtarışına yönəlib. Bəs, görəsən, Blek və Harrini birləşdirən nədir? Görəsən, bu dəfə Sağ Qalmış uşağın macəraları nə olacaq?Kitabın tərcüməçisi Fərid Hüseynlidir.Müəllif öz kitabı haqqında belə deyir: “Con Kennedinin Dallasda qətlə yetirilməsindən haradasa, təxminən yarım əsr keçir. Ancaq iki məsələ hələ də açıq qalır: həqiqətən tətiyi çəkən Li Osvald idimi; əgər o idisə, o, təkbaşına hərəkət etmişdimi?“11/22/63” romanında yazdığım heç nə bu suallara cavab vermir. Çünki təxəyyülün məhsulu olan bu səyahət zaman daxilində maraqlıdır. Əgər siz də mənim kimi, bu sualların cavabsız qalmasında hələ də maraqlısınızsa, düşünürəm ki, sizə iki sözdən ibarət qənaətbəxş cavab verə bilərəm: Karen Karlin. Bu yalnız tarixə haşiyə deyil, bu, haşiyəyə haşiyədir. Amma yenə də…” //kulis.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol