• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Mars Yerə ən yaxın məsafədə olacaq

Bu gün Mars Yerə ən yaxın məsafədə olacaq
31.07.2018 13:00
İyulun 31-də Mars-Yer qarşıdurması baş verəcək.

AMEA-dan Unikal.org-a verilən məlumata görə, iyulun 31-də Mars planeti Yerə ən yaxın məsafədə olacaq.Bu zaman məsafə 0.39 astronomik vahid və ya 57.5 milyon kilometrədək qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü 2.8 olan qırmızı ulduz kimi görünəcək.

 Qeyd edək ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Qarşıdurma qışda baş verirsə, planetlərarası məsafə 100 milyon kilometr, yayın sonlarında baş verərsə 50-60 milyon kilometrədək qısalır. Marsın belə qarşıdurması orta hesabla 13-17 ildən bir baş verən hadisədir. Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir.Sonuncu böyük qarşıdurma 2003-cü il avqustun 28-də baş verib. Bu zaman yaxınlaşma 55.8 milyon kilometrə çatıb.Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci il sentyabrın 16-na təsadüf etməsi gözlənilir. Bu il isə həmin yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşəcək və bir saat 44 dəqiqə davam edəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol