• $
  • €
  • ₽
  • ₺
  • £

Kişilər niyə evlənməkdən qorxur? - ARAŞDIRMA

Kişilər niyə evlənməkdən qorxur? - ARAŞDIRMA
15.11.2014 14:53
Xanımlara nisbətən bəylərdə evlənmək qorxusu daha çoxdur. Dünya psixoloqları bunun səbəbini araşdırıb.Statistika sübut edir ki, kişilər qadınlara nisbətən münasibətlərinə ad qoymağa ehtiyat edirlər. Onlar evlənməkdən qorxurlar. Nə üçün? Bəli, çünki qadınlar çox fərqlidirlər. Hətta mütəxəssislər iddia edirlər ki, kişi ilə qadın bioloji cəhətdən də bir-birinə ziddir. Qadınlar başqa cür düşünür, hiss edir, reaksiya verir, hətta dərmanların qadınlara təsiri də fərqlidir. «Nə üçün? Bizə belə də yaxşıdır»Ola bilsin ki, sizə birlikdə doğurdan da pis deyil. Amma nəzərə almaq lazımdır ki, qaydalara uyğun işlər var ki, bu oğlanları qane etmir. Kişilər öz həyatlarında nəyisə dəyişməkdən dəhşətli dərəcədə qorxurlar. Psixoloqlar iddi edir: «Qadınlar daha çox emosionaldırlar? Bəlkə yanılırsan?! Diqqətlə baxsaq görərik ki, kişilər qadınlardan çox emosionaldırlar. Onlar həyatlarındakı dəyişikliklərə dözülməz reaksiya göstərirlər. Eləcə də münasibətlərində».Evlənmək kişilərə görə başqa bir böyük mərhələyə qədəm qoymaqdır və burada nələr baş verəcək - məlum deyil. Elə onları da qorxudan budur.Nə üçün evlənmir?1. Dəyişikliklərdən qorxurOnun həyatı başdan ayağa kimi dəyişəcək. Məlum deyil, bu dəyişiklik ona rahatlıq gətirəcəkmi? Və o özü burada uğurlu ola biləcəkmi? Kişilərin əksəriyyəti qorxuları və həyəcanları barədə danışmağa həvəsli deyillər. Yalnız qızlar həyatlarının bütün xırdalıqlarını və detallarını kiməsə danışmağa hazırdırlar. Bizim dikbaş yarımızsa həqiqi sifətini gizlətmək üçün içində əzab çəkməyə razıdır. 2. Azadlığını itirməkdən qorxurMəsələn, əgər bu onun dostuyla baş veribsə... Onunla tanışlarınızın «qeybətini» et. Bu söhbət əsnasında ona sübut etməyə çalış: sevən insanlar aralarındakı münaqişələri həll etməyə qadirdilər. O heç vaxt demədiyi məxfi sirrlərini sənlə bölüşəcək: mənim bir dostum evləndikdən sonra «arvadağız» olub. Digər dostum evləndikdən sonra gecə yığıncaqlarına, bizimlə gəzməyə gedə bilmir, acınacaqlı haldadır, bizi görən kimi gözləri dolur. Üçüncü isə dostları ilə əlaqəni tamamilə kəsib.3. Səhvlər etməkdən qorxurKişilər də qadınlar kimi vasvasıdır: «Birdən onunla evləndim, sonra anladım ki, sən demə heç də doğru iş görməmişəm?» - bu sual kişiləri qadınlardan çox narahat edir. «Mən heç vaxt evlənməyəcəm»Bu fikrə başqa əlavələr etməyə ehtiyac yoxdur. Qəribə olsa da bəzi qadınlar və kişilər inanırlar ki, bu onların xüsusi fikirləridir, buna görə qarşı tərəfi incitmək lazım deyil. Bir çox qızlar da ən az oğlanlar qədər ailə həyatı qurmaqdan qorxurlar. İnanmasanızda bu real faktdır. Amma bir şeyi etiraf edək ki, evlənməkdən qorxan qadınların sayı kişilərə nisbətən daha azdır.1. Səbəb...Yaraşıqlı, istedadlı, ağıllı, evi, işi olan oğlanların əksəriyyəti özlərinə, səviyyələrinə, savadlarına uyğun qız tapa bilməməkdən şikayətlənirlər. Eləcə də qızlar... müasir dövrdə gənclərimizin ən böyük problemi budur - komplekslər. Onların həyat tərzi fərqlidir.Psixoloqlar iddia edirlər ki, evli qadınlar evli kişilərdən 15 % çoxdur.2. Bəs mənim maraqlarım?!...bayk, deltaplan, boks yastığı... və ya... gözzəlik salonu, manikür, uklatka, şoppinq... Bəzi kişilər və qadınlar ailə həyatının həndəvərindən belə keçməyə aid deyillər. Onun üçün əsas - iş, maraqlar və əlbəttə ki, dostlarıdır. Belə insanların fikrincə «ailə həyatı» onun atdığı hər addımda yoluna çıxan bir maneədir. O, səninlə ona yaxşı olan müddətə kimi birlikdə olacaq. Əgər münasibətinizdə nəsə onu çətinə salsa o xasiyyətini dəyişmək yerinə, ayrılmağı təklif edəcək. Onun üçün əsas o və həyatıdır. Belə insanlara əlavə problemlər lazım deyil. «Mən hələ hazır deyiləm»Variant çoxdur: ciddi münasibətə hazır deyil, həyat yoldaşı olmağa hazır deyil, valideyn olmağa hazır deyil, boş vaxtlarını sənə həsr etməyə hazır deyil... Maraqlısı odur ki, onlar bu yerdə yalan danışmırlar. Toy barəsində bütün hazırlıqlar üçün təkcə qadınlar narahat olmurlar. 1. «Ailəsini qorumağa hazır deyil»Dünyada belə qəbul olunub: qadın - yuvanın qoruyucusudur, kişi - qazananı. Onun üstünə ailəni saxlamaq kimi məsuliyyətli bir iş düşüb. Və onlar bu məsuliyyəti öhdəliklərinə götürməyə hələ də hazır deyillər. Oğlanların çox vaxt dediyi «ev və avtomobil alım, özümə yaxşı iş qurum, sonra evlənək» sözünün altında yatan gizli səbəb də elə budur. 2. Ata olmağa hazır deyilKişilərin çoxu bilir ki, övlad ailəni ömürlük birləşdirən əsas amildir. Elə buradan onun evlilikdən nə üçün qorxduğunu aydınlaşdırmaq mümkündür. Onun qarşısını nə kəsib: uşaq ağlamaları, səhərə qədər yuxusuz qalacağı gecələr, dostlarının üzücü məsəlləri? Bəlkə də qadınlar bu haqda heç vaxt düşünmürlər. Amma kişilər yox... Sevgilinə uşaqdan sonra da həyatın gözəl olacağını izah etməyə çalış. Ona bununla bağlı jurnallar, filimlər göstər.//Axşam.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol