• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni kəşfiyyatçı müharibə hazırlığının ŞOK DETALLARINI AÇDI: 1 ay sonra Kür və Araz boyunca...

Erməni kəşfiyyatçı müharibə hazırlığının ŞOK DETALLARINI AÇDI: 1 ay sonra Kür və Araz boyunca...
31.07.2018 19:38
Ermənistanda hesab edirlər ki, sentyabr-oktyabr aylarında Dağlıq Qarabağda müharibə başlayacaq. Erməni ekspertlər İrəvanı yeni müharibəyə hazırlaşmağa çağırır.

Publika.az xəbər verir ki, erməni kəşfiyyatçı, keçmiş döyüşçü Vaan Badasyan erməni hərbi birləşmələrinin mövqelərinin irəli çəkilməsi təklifi ilə çıxış edib.

Onun iddialarına görə, Azərbaycan Ordusu son illər ərzində taktikanı dəyişdirdi və mövqeləri tədricən irəli çəkir: "Naxçıvan cəbhəsində mövqelərini möhkəmləndirdilər. Azərbaycan taktikanı dəyişdirərək, gələcək müharibədə üstün mövqedə olmağı təmin etdi. Təəssüf ki, Ermənistan ordusunun baş qərargahı bunu nəzərə almadı, yaxud nəzərə alsalar da uyğun addım atmadılar. Təmas xəttində mövqelər arasında 30, yaxud 70 metr məsafə var. Biz 100 metr məsafə olan yerlərə görə Allaha şükür edirik. Hərçənd, 100 metr məsafədən daşla da vura bilərlər. Azərbaycanın taktikası "aprel müharibəsi”ndə uğur qazanmalarına səbəb oldu. Hesab edirəm ki, biz müharibəyə hazırlanmalıyıq. Orduda əxlaqsız hadisələri aradan qaldırmalı və gücləndirməliyik”.

Erməni politoloq Levon Şirinyan iddia edir ki, payızda müharibə başlanacaq.

Şirinyan bir az da irəli gedərək, erməni ordusnun Araz və Kür çayı boyunca hücuma keçməsini təklif edib.

"Ermənistanda növbədənkənar parlament seçkiləri təcili olaraq keçirilməli və daxili problemlər həll olunmalıdır. Payızda müharibə olacaq. Bizim ordumuz Kür və Araz çayı boyunca hücum edərək rəqibin qarşısını almalıdır. Biz buna hazırlaşmalıyıq”, - deyə erməni politoloq çağırış edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol