• $
  • €
  • ₽
  • ₺
  • £

DYP bu sürücüləri XƏBƏRDARLIQ ETDİ

DYP bu sürücüləri XƏBƏRDARLIQ ETDİ
01.08.2018 15:50
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi son günlər bəzi sürücü və sərnişinlər tərəfindən dəb halını almış, sosial şəbəkələrdə yayılmış videolara reaksiya verib. 

BAKU.WS-in məlumatına görə, söhbət avtomobil hərəkətdə olan zaman maşından düşüb yolun ortasında oynayan və video çəkərək sosial şəbəkələrdə paylaşanlardan gedir. Bu tendensiya daha çox xarici ölkələrdə yayılsa da, ölkəmizdə də analoji hallar az deyil. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər və sərnişinlər bu cür hallara qəti yol verməsinlər. Bu cür hərəkətlər heç də yaxşı nəticələnmir, hətta ağır faciələrə yol açır. Qəflətən yol nəqliyyat hadisələri baş verir, yaxud həmin sürücü və sərnişinlər maşınlar tərəfindən vurulur. 

V.Əsədov sürücülərə və sərnişinlərə xəbərdarlıq da edib. Bildirib ki, xüsusilə sürücülər burada məsuliyyət daşıyır: "Özlərini və yanında daşıdığı sərnişini təhlükəyə atmamaq üçün bu cür hallara yol verməməlidirlər. Əks halda ölüm və həbslə nəticələnən hadisələr qaçılmazdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol