• $
  • €
  • ₽
  • ₺
  • £

Emin Ağalarovun vəkilindən AÇIQLAMA

Emin Ağalarovun vəkilindən AÇIQLAMA
03.08.2018 15:51
Rusiyalı biznesmen və müğənni Emin Ağalarovun maraqlarını təmsil edən amerikalı vəkil Skot Balber bildirib ki, onun müştərisi xüsusi prokuror Robert Müllerin suallarına cavab vermək üçün ABŞ-a getməyə hazırlaşmır. Virtualaz.org xəbər verir ki, vəkil bu haqda CNN-ə müsahibəsində deyib. Bildirib ki, xüsusi prokurorun Emin Ağalarovu dindirmək istəməsi onun üçün yenilik deyil.
 
"Biz xüsusi prokurorun komandası ilə bir ilə yaxındır təmasdayıq, ona görə də bu xəbər bizim üçün gözlənilməz olmadı. Biz danışıqları davam etdiririk, amma hələlik ifadənin verilməsi şərtlərinə dair ümumi razılığa gələ bilməmişik”-vəkil bildirib.


 
Balber deyib ki, əsas məsələ Emin Ağalarovun harada ifadə verməsidir. Çünki Müllerin komandası "hansısa səbəblərə görə” Rusiyaya getmək istəmir, Ağalarov isə ABŞ-a gəlmək entuziazmı ilə alışıb-yanmır. "Daha bir problem suallardır. Bizim gizlətməyə heç nəyimiz yoxdur, əgər söhbət təkcə o görüşdən gedirsə”-vəkil əlavə edib.
 
Xüsusi prokuror Emin Ağalarovu 2016-cı ilin yayında Nyu-Yorkda Donald Trampın oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında görüşü təşkil etdiyi üçün dindirmək istəyir. Həmin görüşdə rusiyalı vəkil Donald Trampın oğluna Hillari Klinton barəsində kompromatlar verəcəyini vəd edib. Amma Trampın oğlu əmin edir ki, görüş başlayanda Veselnitskayada belə kompromatların olmadığı üzə çıxıb. Hansı ki, görüşü təşkil edən Emin Ağalarov kompromatların onun atasına baş prokuror Yuri Çayka tərəfindən sızdırıldığını Trampın oğluna çatdırmışdı.


Emin Ağalarov isə ABŞ-da onun seçkilərə müdaxilədə rolu barədə iddiaları "gülməli” adlandırıb. "Məni nə qədər qəribə səslənsə də Amerika seçkilərinə təsir göstərməkdə ittiham edirlər. Azərbaycandan olan, Moskvada yaşayan oğlanı. Ona görə ki, mən Donald Trampı şəxsən tanıyıram. Bu qəribə və gülməli ittihamdır”-müğənni "Vice News”-a bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol