• $
  • €
  • ₽
  • ₺
  • £

“Əgər sübut-dəlilləri varsa...” - Elmira Axundovadan müraciət

“Əgər sübut-dəlilləri varsa...” - Elmira Axundovadan müraciət
03.08.2018 19:45
Deputat Elmira Axundova son günlər mediada ailəsi və özü ilə bağlı yayılan məlumatlara cavab verib.
AZXEBER.COM xəbər verir ki, xanım deputat mətbuata müraciətində qeyd edib ki, illər öncə olub-bitmiş bir məsələni yenidən gündəmə gətirmək hansısa maraqlı qüvvələrə sərf edir:
"Son zamanlar mənə və ailəmə qarşı 5 il ərzində aparılan kampaniyanın yeni çirkin dalğası başlayıb. Həqiqətə uyğun olmayan saxta siyahılar, qanunsuz yolla əldə edilib, montaj olunmuş səs yazıları, ailənin şəxsi həyatı ilə bağlı oğurlanmış videogörüntülər mətbuatda sensasiya kimi təqdim olunur. Halbuki bu kompromatda heç bir yeni informasiya yoxdur. Bütün materiallar zamanında həm hüquq-mühafizə, həm də məhkəmə orqanlarına təqdim olunub və onların üzərində araşdırmalar aparılıb.
Görünür, illər öncə olub-bitmiş bir məsələni yenidən gündəmə gətirmək hansısa maraqlı və məkirli qüvvələrə sərf edir. Əsas hədəf əlbəttə ki, mənim şəxsiyyətim, cəmiyyətdəki mövqeyim və işgüzar nüfuzumdur. Bu ilin 11 aprel tarixində ölkəmizdə baş tutan Prezident seçkilərinin təbliğat- təşviqatı dönəmində radikal müxalifəti, "Meydan TV" kimi internet kanalının, eyni zamanda bu sayaq xəbər portallarının arxasında gizlənən dağıdıcı qüvvələri kəskin tənqid etmişəm. Xarici mərkəzlərin ruporuna çevrilən bu cür qüvvələrə qarşı 20 ildən çoxdur ki, mübarizə aparıram. Yerli və xarici mətbuatda bu mövzuda onlarla məqaləm və çıxışım dərc olunub.
Əgər sübut-dəlilləri varsa, onları hüquq-mühafizə orqanlarına təqdim etsinlər. Bu işlərə mətbuatı qatmaq, gizlin yolla əldə olunub, montaj edilmiş səs yazılarını, şəxsi həyata dair videoyazıları, təhrif edilmiş və ya reallığı əks etdirməyən mülkiyyət siyahılarını mediaya ötürmələrini məhkəmə orqanlarına kobud təzyiq kimi qiymətləndirirəm.
20 il mətbuatda jurnalist kimi çalışmışam. İndi də mətbuata, media nümayəndələrinə hörmətim böyükdür və daim jurnalistlərlə əlaqədəyəm. Hər zaman lazımi sorğu və suallarını cavablandırıram.Amma məni ağrıdan odur ki, bəzi mətbu orqanlar, işin mahiyyətini anlamadan, məsələnin məğzini dəqiqləşdirmədən, ucuz sensasiya xatirinə Fərman Məmmədovun dezinformasiyalarını tirajlayırlar və bu kampaniyanın iştirakçılarına çevrilirlər.


Biz hüquqi və demokratik cəmiyyətdə yaşayırıqsa, yuxarıda sadalanan faktlara ancaq hüquqi müstəvidə qiymət verilməlidir. Ona görə, hamıdan məhkəmənin qərarını gözləməyi xahiş edirəm".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol