• $
  • €
  • ₽
  • ₺
  • £

"Lotu Quli"dən şok həmlə: Lənkəranskinin "qardaşı"nı öldürmək istədilər - VİDEO

"Lotu Quli"dən şok həmlə: Lənkəranskinin "qardaşı"nı öldürmək istədilər - VİDEO
04.08.2018 18:32
2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin varisi və mənəvi qardaşı sayılan Xəmzət Qastəmirova qarşı növbəti dəfə sui-qəsdə cəhd edilib.


Qaynar.info verdiyi məlumata görə, hadisə Rusiyanın Pyatiqorsk şəhərində baş verib.


Maraqlıdır ki, ona qarşı sui-qəsd planını həyata keçirmək istəyən şəxs bir vaxtlar "Şeyx Xəmzət”in klanına daxil olan "Timur Dikiy” (Tamaev) olub.


İddiaya görə, "Timur Dikiy” bir müddət əvvəl digər azərbaycanlı "qanuni oğru” "Lotu Quli” ləqəbli Nadir Səlifovla birləşib.


Hadisənin təfərrüatına gəlincə, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Ağayar adlı şəxsin birindən 12 milyon rubl alacağı olub. Lakin qarşı tərəf sözügedən məbləği ödəmək niyyətində olmayıb. Nəticədə Lənkəran şəhərindən olan Ağayar pulun geri alınması üçün "Şeyx Xəmzət”ə müraciət edib. Adıçəkilən Ağayarın özü isə Rövşən Canıyevin ailəsinə yaxın şəxslərdən olub. Ağayarın müraciətindən sonra "Şeyx Xəmzət” məbləğin alınması prosesini "Timur Dikiy”ə tapşırıb.

Qastəmirovdan xəbərsiz "Lotu Quli” ilə birləşən Tamayev isə "Şeyx Xəmzət”ə sui-qəsd planı hazırlayıb. O, guya pulu aldığını və Pyatiqorskda görüşüb məbləği təhvil verəcəyini deyib. Pulun ödənilməsi prosesi Stavropolda gerçəkləşməli idi. Bu bəhanə ilə "Şeyx Xəmzət”i Qroznıdan adıçəkilən şəhərə dəvət edən "Timur Dikiy” pul ödəmək əvəzinə, sui-qəsdə cəhd edib. Lakin Qastəmirovun mühafizəni güclü təşkil edilməsi sui-qəsd cəhdinin uğursuz olması ilə nəticələnib.

Hadisədən dərhal sonra "Timur Dikiy” Qazaxıstana qaçıb. Bundan başqa o, bir vaxtlar eyni klanda olduğu "Şeyx Xəmzət”i sosial şəbəkədə canlı yayım açaraq təhqir edib.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol