• $
  • €
  • ₽
  • ₺
  • £

Balakən-Bakı qatarında biabırçılıq – Dava düşdü

Balakən-Bakı qatarında biabırçılıq – Dava düşdü
06.08.2018 10:00
Bu gecə Balakəndən Bakıya gələn sərnişin qatarında insident baş verib.

Anews.az "report”a istiandən xəbər verir ki, hadisə qatarın keçdiyi Şəki stansiyasında qeydə alınıb.

4 nəfər – Əzizağa, Gülnarə və Gülxanım Əzizovalar, eləcə də Rəfiqə Səfərli vaqon vələdçilərinə internetlə bilet aldıqlarını bildirərək qatara minmək istəyiblər. Lakin bələdçilər onlardan onlayn biletin kassadan alınmalı olan kağız variantını tələb ediblər. Tərəflər arasında mübahisə yaranıb.

Bundan sonra vətəndaşlar internetlə ödənişin həyata keçirildiyini təsdiq edən tranzaksiya kodlarını bələdçilərə təqdim ediblər və qatarın bir qədər sonra keçəcəyi Yevlax stansiyası ilə əlaqə saxlanılıb. Biletlərin kassadan əldə olunacağı dəqiqləşdikdən sonra sərnişinlər qatara buraxılıblar. İnsident qatarın hərəkətində gecikməyə səbəb olmayıb.

Xatırladaq ki, internetlə sifariş verilmiş bilet qatarın minik stansiyasından yola düşməsinə 1 saat qalmışa qədər şəxsiyyəti təsdiq edən sənəd (bilet sifarişində qeyd olunmuş) təqdim olunmaqla "Azərbaycan Dəmir Yolları” QSC-nin kassalarından əldə edilməlidir. Kassir təqdim olunmuş sənəddəki məlumatları yoxlayır və bileti çap edərək sərnişinə verir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol