• $
  • €
  • ₽
  • ₺
  • £

“Novruz narkotik qəbul etmirdi” – Xanəndənin qardaşı

“Novruz narkotik qəbul etmirdi” – Xanəndənin qardaşı
07.08.2018 15:25
"Bizim nəsildə narkotikin nə olduğunu bilmirlər. Novruz nəinki narkotik, heç spirtli içki də qəbul etmirdi".

Anews.az axşam.az-a istinadən bildirir ki, bunu açıqlamasında Qarabağ kanalında meyiti aşkar edilən xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov deyib.

Onun sözlərinə görə, Novruzun Miryusifi evdə qətlə yetirməsi yalan məlumatdır. Hazırda saxlanılan qardaşının isə hadisələrdən xəbəri olmayıb.

"Elçin 3 gündür ki, polis idarəsindədir. O, atamgil ilə bir yerdə yaşayır və onu bu işdən xəbəri ola bilər deyə saxlayıblar. Deyirlər ki, hadisə evimizdə baş verib, yalandır. Mümkün olmayan bir şeydir. Nə olubsa, evdən qıraqda olub. Bundan mənim qardaşım Elçinin xəbəri yoxdur. Elçin zəhmətkeş adamdır. Gündüz çöldə qoyunları otarıb, axşam da gəlib evdə yatıb. Onlarla birgə gəzib dolanmırdı ki, Novruzgilin çöldə kimlər ilə haqq-hesablarının olduğunu bilsin. Qardaşım onlar evə gələndə də, gedəndə də yatılı olub. Hadisəni sabah bilib.

Narkotik qəbul etdikləri də yalandır. Novruzun yerinə and içərəm. Son vaxtlar spirtli içki də içmirdi. Gözümün şahidiyəm. Pivə nədir, onu da içmədi. Bizim nəslimizdə, kökümüzdə narkotikin nə olduğunu heç bilmirlər. Miryusifgil seyiddir. Polislər də bizə narkotiklə bağlı heç nə deməyiblər".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol